rəhbərlərə itaət

Rəhbəri söyənlər barəsində

İmam əl-Acurri (Allah ona rəhm etsin) “əş-Şəriatu” adlı kitabının 21-ci səhifəsində deyir: “Müasir və keçmiş alimlər Xəvariclərin pis bir qövm, Allah və Onun Rəsuluna qarşı üsyan etmiş günahkarlar topluluğu olduğu xüsusunda ixtilaf etməmişlər. Onlar oruc tutsalar da, namaz qılsalarda və etdikləri digər ibadətlərdə çox həvəs göstərsələr də bütün bu əməllərin onlar üçün bir faydası yoxdur. Çünki, onlar Qurani-Kərimi öz istək və arzularına görə təfsir etmişlər və müsəlmanlara qarşı batili haqq göstərmək mücadiləsinə girmiş bir qövmdür”.

English

Pages