Hənbəl ibn İshaq rəvayət edir ki, əl-Vasiqin xəlifəliyi zamanı Bağdadın fiqh alimləri Əbu Abdullahın (İmam Əhmədin) yanına gələrək dedilər: “Ey Əbu Abdullah, bu məsələ (yəni, Quranın yaradılmış olması və s.) artıq həddini aşmış və camaat arasında yayılmışdır”. O soruşdu: “Nə etmək istəyirsiniz?” Həmin adamlar dedilər: “Biz öz başçımızın rəhbərliyindən narazıyıq, elə bu səbəbdən də səninlə məsləhətləşməyə gəlmişik”. İmam Əhməd onlarla bir saata yaxın söhbət etdikdən sonra dedi: “Sizə qəlbinizlə etiraz etmənizi tövsiyyə edirəm. Əlinizi ona itaətdən üzərək müsəlmanların əsasını sındırmayın (İmam Əhməd başçını əsaya, fitnələrə məruz qalmış müsəlmanları isə əsaya ehtiyacı olan taqətsiz bir insana oxşadır). Bu işin nə ilə nəticələnəcəyini nəzərə alaraq, özünüzün və müsəlmanların qanını axıtmayın. Yaxşı biri gələnə və ya pis gedənə kimi səbr edin”. Onlar getdikdən sonra mən atamla birgə Əbu Abdullahın yanına gəldim. Atam ona dedi: “Allahdan özümüzə və Muhəmməd ümmətinə əmin-amanlıq diləyirik. Belə bir iş heç kimin xoşuna gəlməzdi. Ey Əbu Abdullah, sən bunu (yəni, itaətsizliyi) düzgün hesab edirsənmi?” O buyurdu: “Xeyr, belə bir iş bizə səbr etməyi əmr edən rəvayətlərə ziddir”.
Əbu əl-Həris əs-Saiğ demişdir: “Mən Əbu Abdullahdan Bağdadda baş vermiş hadisə haqqında, yəni, bir dəstə insanın qiyama qalxmaq istəməsi barədə soruşaraq dedim: “Ey Əbu Abdullah, bunlara qoşularaq qiyam etmək barədə sən nə deyirsən?” O, qiyamçıların bu işinə öz etirazını bildirərək dedi: “Subhənallah...! (Nahaq yerə axıdılan) qanlar, qanlar. Mən bunu nə dəstəkləyir, nə də əmr edirəm. Bizim hal-hazırda səbr etməmizi, nahaq qanlar axıdılmasından, mal-dövlətin talan edilərək halal sayılmasından və haramların baş alıb getməsi ilə nəticələnən bir fitnə törətməkdən daha xeyirli sayıram. Məgər sən bilmirsən ki, insanların fitnə-fəsad törətdikləri vaxtlarda nələr edilib?” Mən ona dedim: “Ey Əbu Abdullah, bu gün insanlar fitnə içində deyillərmi?” O dedi: “Olsalar da belə, bu fərdi fitnədir. Əgər qılınc qaldırılsa, o ümumi bir fitnəyə çevriləcək və bütün yollar bağlanacaq. Lakin səbr etməklə dinini qorumuş olarsan ki, bu da sənin xeyrinədir”. Mən onu rəhbərlərə qarşı çıxmağı inkar edən gördüm. O deyirdi: “(Nahaq yerə axıdılan) qanlar, mən bunu nə dəstəkləyir, nə də tövsiyə edirəm”. (“Məsəilul-Mərviyyə ən İmam Əhməd” 2/ 4).
Şeyxul-İslam ibn Teymiyə (Allah ona rəhm etsin) demişdir: “Əhli-Sünnənin məhşur nəzər nöqtəsinə əsasən - onlar başçıya qarşı çıxmağı və onunla qılınc vasitəsilə döyüşməyi düzgün hesab etmirlər və bu başçının zülm etməsindən asılı deyildir. Buna dəlil Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) nəql edilən çoxsaylı hədislərdir. Çünki döyüş və fitnədəki fəsad, başçının döyüş və fitnəsiz hasil olmuş zülmündən daha böyükdür. İki fəsadlı işin daha böyük sayılanı isə ondan kiçik sayılanından irəli keçirilə bilməz. Başçıya qarşı çıxması ilə əvvəlkindən daha böyük bir fəsada səbəb olmayan bir dəstə, bəlkə də heç yoxdur”. (“Minhəcus-Sünnə” 3/ 390). Başqa bir yerdə buyurur: “Nadir hallar istisna edilməklə, başçıya qarşı çıxan hər bir şəxsin bu əməli xeyrindən qat-qat artıq şərlə nəticələnmişdir. Bütün bu deyilənlər, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) başçıların haqsızlıqlarına səbr etməyi, onlarla döyüş aparmamağı və onlara qarşı qiyam qaldırmamağı nə üçün əmr etdiyinə aydınlıq gətirir. Bu, bəndə üçün daha xeyirli bir işdir. Hər hansı bir şəxs bununla qəsdən və ya səhvən razılaşmazsa, onun tutacağı işdə xeyirdən daha çox dağıdıcılıq halları baş verəcəkdir”. (“Mənhəcus-Sünnə” 4/ 527-532).
Fitnələr baş verən zaman, bir pisliyi yox etmək istəyən, ondan daha böyük olanına qapı açmamalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Məkkədə olarkən ən böyük pisliklərə şahid olurdu. Lakin onları dəyişdirə bilmirdi. Uca Allah Məkkəni fəth etdirdikdən sonra ora İslam diyarına çevrildi. Bundan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) Kəbəni dəyişdirərək İbrahimin qurduğu bir qaydada yenidən tikmək istədi. Amma Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu işi bacara bilməsi ilə yanaşı daha böyük bir fəsadın əmələ gəlməsindən çəkindi. Çünki, İslamı yenicə qəbul edərək küfrdən ayrılmış Qureyş əhli bunu düzgün başa düşməyəcəkdi. Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəhənnəmin dibində yanacaq münafiqləri nəinki qətlə yetirməyə əmr vermir, hətta onların adlarını belə bildirmirdi. Münafiqlər müsəlman və möminlərlə ticarət, ailə və s. əlaqələr qururdular. Buna səbəb isə daha böyük bir fəsadın, yəni, insanların “Muhəmməd (salləllahu aleyhi və səlləm) öz əshabələrini öldürür”- deməsinin qarşısını almaq idi.
Şeyx Abdul-Əziz ibn Bəzə (Allah ona rəhm etsin) “Rəhbərləri minbərlərdən tənqid etmək sələf prinsiplərinə (minhəcinə) əsaslanırmı?”- deyə sual verdikdə, o dermişdir: “Rəhbərlərin eyiblərini ifşa etmək və bu barədə minbərlərdən bəyanat vermək sələf əqidəsinə uyğun deyildir. Çünki bu, nəticə etibarı ilə özbaşınalığın yaranmasına, yaxşı işlərdə başçıya itaət edilməməsinə və heç bir faydası olmayan, əksinə zərər vuran, dağıdıcı çəkişmələrə gətirib çıxarır. Sələflərin davam etdirdiyi prinsiplərə əsasən, xeyrə yetişmək üçün baş verən hadisələrdə rəhbərliyə nəsihət edilməli, yazılı şəkildə müraciət olunmalı, yaxud da həmin müraciətlərlə əlaqəli ziyalılara üz tutulmalıdır. Günah olan işə, onun icraçısının adı bildirilmədən etiraz edilir. Məsələn, zinaya, içkiyə və ya faizə, onu icra etmiş şəxsin adını demədən etiraz edilir. İstər hakim yaxud da qeyrisi tərəfindən icra edilən hər hansı bir günahkar əmələ ad çəkmədən etiraz etmək və ya çəkindirmək kifayətdir”. Osmanın (Allah ondan razı olsun) xəlifəliyi dövründə fitnə düşdükdə bəzi adamlar Usamə ibn Zeydə (Allah ondan razı olsun) dedilər: “Bəlkə Osmanla söhbət edəsən?” O buyurdu: “Elə bilirsiniz ki, mən onunla sizin qarşınızda danışacağam. Xeyr, mən onunla qapısını birinci açan olmaq istəmədiyim bir işdən çəkinərək təklikdə söhbət edəcəyəm”. (əl-Buxari və Muslim). Lakin xəvariclər Osmanın zamanında şərin qapısını açdıqdan sonra ona açıq şəkildə öz etirazlarını bildirdilər. Bu, insanların (azacıq da olsa, kiçik bir qisminin) günümüzə kimi təsiri altına düşdükləri bir fitnə-fəsada və döyüşlərə səbəb oldu. Hətta Əli ilə Müaviyyə (Allah onlardan razı olsun) arasına belə bir fitnə düşdü. Osman (Allah ondan razı olsun) isə məhz bu səbəbdən öldürüldü. Çox saylı səhabələr və digərləri açıq-aşkar şəkildə etiraz edildiyinə və eyiblər car çəkildiyinə görə qətlə yetrildilər. İnsanlar bu hadisələrdən sonra öz başçılarına nifrət edərək onları öldürdülər. Allahdan bağışlanma diləyirik”. (“Ələqatu Beynəl-Hakim vəl-Məhkum” səh.23).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim bir başçıya nəsihət etmək istəyirsə, bu işini açıq şəkildə (yəni, aləmə car çəkərək) etməsin. Əksinə, onun əlindən tutaraq xəlvətə çəkilsin. Əgər başçı qəbul edərsə, bu (xeyırdir), yox əgər qəbul etməzsə, nəsihətçi öz vəzifəsini yerinə yetirmiş sayılır”. (İbn Əbi Asim, 2/ 521. əl-Albani səhih olduğunu bildirmişdir).
Şeyx əl-Albani (Allah ona rəhm etsin) demişdir: “Deyilənlərdən məqsəd budur ki, xəvariclər İslamda bədnam bir yol qoyaraq, müsəlmanların başçılarına qarşı itaətsizlik göstərməyi əsrlər boyu özlərinin “dini məqsədinə” çevirmişlər. Baxmayaraq ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) çoxsaylı hədislərdə onlara qarşı ehtiyatlı davranmağı tapşırmışdır. Belə rəvayətlərdən biri də “Xəvariclər cəhənnəmin köpəkləridir” hədisidir. Əslində, onlar öz başçılarını, açıq-aşkar (yəni, insanı İslam dinindən çıxaran) küfr etdiklərinə görə deyil, zülmkarlıq, günah və fasiqlik etdiklərinə görə təkfir edirdilər.
Şeyx əl-Albani (Allah ona rəhm etsin) demişdir: “Yazı və mühazirələrində başçıya qarşı çıxmağı elan edən bu adamlar, mənim tənqidi baxışlarıma görə, əvvəla şəriət hökmlərindən xəbərsizdilər, çünki Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) asiliklər istisna olmaqla rəhbərə itaət barədə çoxsaylı hədislər rəvayət olunmuşdur. (“Silslətul-Əhədisis-Sahiha” 181). Başqa hədislərdə isə, açıq-aşkar küfr görməyincə sənə zülm etsələr və ya döysələr belə onlara itaət etməyin vacibliyi bildirilmişdir. “Fiqh üsulu” elminə görə, əgər müsəlman və ya müsəlmanlar hər ikisi fəsadlı, lakin təhlükə baxımından biri digərindən daha qorxulu bir işlə üzləşərlərsə, kiçiklə böyüyün qarşısını almalıdırlar. Başqa sözlə desək, xoşumuza gəlməsə də kiçik fəsadla razılaşaraq özümüzü daha böyüyündən qoruyuruq. Üsul və fiqh alimləri arasında bu hədislərə şamil etdiyim “fiqh üsulu” qaydası barədə heç bir ixtilaf yoxdur. Çünki hakimlərə qarşı çıxmaq daha böyük bir fitnəyə səbəb olur. Hansısa bir hakimin zülm və ya haqsızlıq etməsi, yaxud da bəzi şəriət hökmlərinə əhəmiyyət verməməsi işin bir tərəfidir. Məsələnin digər tərəfi isə, mən bunu öz düşüncəmlə, lakin irəlidə qeyd etdiyim şəriət dəlillərinə əsaslanaraq deyirəm: “Əgər müsəlman hakimlərə qarşı çıxmağın icazəli olduğunu fərz etsək belə bunun icrası yolverilməzdir. Çünki təəsüflər olsun ki, biz bu gün kafir və müşriklərin müsəlman ölkələrinə qarşı düşmənçiliyindən şikayətlənirik. Əgər bu qiyamçılar bəzi müsəlman hakimlərə qarşı çıxmaq istəyirlərsə, elə qoy kafir və müşriklərə qarşı çıxsınlar. Lakin onlar fitnəni müsəlmanlar arasında səpmək istəyirlər. Bu səbəbdən mən iki şeydən çox şübhələnirəm. Birincisi, bu adamların həqiqətən İslamı qəbul etməsi, yəni qorxuram ki, bunlar müsəlman cildinə girmiş düşmənlər olsun. İkincisi isə, onların əməllərində müsəlman olmalarına baxmayaraq nadanlığın kökündə dayanmış cahillər olmasıdır. Deməli bu gün qiyamdan danışılması heç bir vəchlə yolverilməzdir. Buna görə də biz, qiyamçıları və ya qiyama qalxmağa çağıranları ya çirkin niyyətlərlə İslama daxil olanlar, ya da Allahın Muhəmməd (salləllahu aleyhi və səlləm) peyğəmbərin qəlbinə endirdiyi İslamdan xəbəri olmayan və nadanlığın (cəhalətin) kökündə dayanan müsəlmanlar olması fikrindəyik”. (“Fətəva əl-Uləmə əl-Əkəbir” səh. 91).
Günümüzdə bəzi insanlar “mən bu sözlərin icraçısı deyiləm, sadəcə təbliğatçısıyam” deyərək camaat arasında şər yayırlar. İbn Həcər (Allah ona rəhm etsin) xəvariclərin parçalandığı firqələrini sadalayaraq demişdir: “əl-Qaədiyyə, başçılara qarşı qiyamı bəzəyən, lakin eyni zamanda qiyama qoşulmayan firqəyə deyilir”. (Hədyus-səri, 483; Ğarrasul-əsəsi, 373).