Necə olarsınızsa, eləcə də üzərinizə rəhbər təyin olunar - Şeyx ibn Useymin

English
Video: 

Şeyx Muhamməd ibn Saleh əl-Useymin (Allah ona rəhm etsin) buyurmuşdur: "Amma bəzi səfeh insanların bu sözü ki, “Əmr sahibləri ancaq tamamilə doğru yolda olsalar, onlara tabe olmaq bizim üzərimizə vacibdir” bu xətadır. Bu, düz deyil və şəriətdən olan bir şey deyildir. Əksinə, bu xəvariclərin məzhəbindəndir, hansı ki, əmr sahiblərindən hər bir şeydə (təmamən) Allahın əmri üzərində düz olmalarını istəyirlər. Uzun zamandır ki, bu mümkün olmur. Artıq işlər dəyişmişdir. Kitablarda belə bir qissə zikr edilir ki, Bəni Umeyyə xəlifələrindən biri olan Abdul-Məlik ibn Mərvan eşitdikdə ki, insanlar onun (özü) və xilafəti barəsində danışırlar, insanların hörmətlilərini və öndə gedənlərini topladı və onlarla danışaraq belə dedi: “Siz bizdən Əbu Bəkr və Ömər kimi olmağımızı istəyirsiniz?” Dedilər: “Bəli, sən də xəlifəsən, onlar da xəlifə idilər”. (Abdul-Məlik) də onlara dedi: “Elə isə siz də Əbu Bəkr və Ömərin yanındakı kişilər kimi olun, o zaman biz də Əbu Bəkr və Ömər kimi olarıq”. 

Bu, əzəmətli bir cavabdır. Əgər insanlar (özlərini) dəyişərlərsə, Allahın da onların əmirlərini dəyişməsi labüddür. Necə olarsınızsa, eləcə də üzərinizə rəhbər təyin edilər. Amma ki, insanların özləri Raşidi xəlifələrin kişiləri kimi olmadıqları halda, hakimlərdən Raşidi xəlifələr kimi olmalarını istəməklərinə gəlincə, bu, düzgün deyil. Uca Allah hikmətlidir. “Beləliklə, qazandıqları (günahlara) görə zalımların bir qismini digərinə rəhbər təyin edərik”. (əl-Ənam, 129).

Alimlər zikr edirlər ki, Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) qarşı çıxan xəvariclərdən bir kişi, Əlinin yanına gələrək deyir: “Ey Əli, insanların bu halı nədir belə, sənə qarşı dəyişdilər, amma Əbu Bəkr və Ömərə qarşı dəyişmədilər?” Əli (Allah ondan razı olsun) dedi: “Çünki Əbu Bəkr və Ömərin yanındakı kişilər mən və mənim kimilər idi, mənim yanımdakılar isə sən və sənin kimilərdir".

Bu, gözəl kəlamdır… Yəni, səndə xeyir yoxdur, ona görə də insanlar bizə qarşı dəyişdilər. Lakin Əbu Bəkr və Ömərin (Allah onlardan razı olsun) vaxtında isə onların yanında olanlar Əli ibin Əbu Talib, Osman ibn Əffan və onlar kimi digər fəzilətli səhabələr (Allah onlardan razı olsun) idilər və onlar da əmirlərinə qarşı dəyişmədilər.

Yekun budur ki, “Yaradana asiliklərdən başqa, hər bir işdə əmr sahiblərini eşidib itaət bizə vacibdir”. Çünki insanlar Yaradana asiliklə əmr olunmayıblar və insanlar da bununla (asilik etməklə) əmr olunmayıblarsa, (o zaman) Uca Allaha asilikdə insanların onlara (rəhbərlərə) itaəti də olmamalıdır. Həmçinin, rəiyyətə (insanlara) əmr sahiblərinə nəsihət etmələri vacibdir. Ona yalan danışmamalı, hiylə qurmamalı, onu aldatmamalıdırlar. Amma təəssüflər olsun ki, günümüzdə insanlar yalan danışır, dövlət sistemlərinə qarşı saxtakarlıq edir, rüşvət alıb-verirlər və s. nəinki müsəlmana, heç ağıl sahibinə yaraşmayan şeylər edirlər. 

Əgər kafir dövlətlərində rüşvət alanlar, ən üstün insanlar belə olsa, cəzalandırılırsa, bəs rüşvət alan insanı cəzalandıracaq olan Uca Allahdırsa (necə)?

Biz Allaha və Onun Rəsulunun (sallallahu aleyhi və səlləm) dili ilə gələnlərə iman edirik. Əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm) rüşvət alanı və verəni lənətləmişdirsə, (o zaman) Allahın cəzalandırması insan oğlunun cəzalandırmasından daha şiddətlidir. Bununla belə, təəssüflər olsun ki, Allahın əsirgədiklərindən başqa, demək olar ki, dövlətin hər qurumunda rüşvətin olduğunu görürük. İnsanlardan dövlətə qarşı yalan və hiylə görürük. Əkinçi gəlib (saxtakarlıq edərək) başqa əkin sahələrini öz adına keçirirsə, o yalançıdır. Bunu (dünyəvi) mənfəət üçün edir, onu yemək üçün edir. Bəzən dövlət (torpaq) sahəsini alır, (onun da) dövlətdə bir neçə dirhəmi qalır. Sonra bu insan gəlib onu başqasına satır. Dirhəmi dirhəmlə satır, qiymətini bahalaşdırma (üstünə faiz gəlməklə) ilə və ya götürməyini gecikdirməklə və s. kimi şəriətin günah saydığı yollarla satır. Sonra da öz rəhbərlərindən Əbu Bəkr və Ömər (Allah onlardan razı olsun) kimi olmalarını istəyirlər… Bu doğru deyildir".

Muhəmməb ibn Saleh əl-Useyminin (Allah ona rəhm etsin) səsli yazısından.

https://www.youtube.com/watch?v=1_G-NunNS00