Böyük günah edənə vətəndən uzaq düşmək Allahın cəzasıdır

English

Şeyx Abdur-Rahmən əs-Səədi (Allah ona rəhm etsin) demişdir: “İnsanın vətənini, sevdiklərini, əhli-əyalını, tayfasını tərk etməsi müəyyən bilinən səbəblərə görə nəfsə ağır gəlir. Bu səbəblərdən biri də insanın əzizlərini və yanında olduqlarını tərk etməsidir. Kim Allah üçün bir şeyi tərk edərsə, Allah onun üçün bundan daha xeyirlisini verər. İbrahim peyğəmbər (ona salam olsun) qövmünü tərk etdi və Uca Allah onun haqda buyurdu: “İbrahim onları və onla­rın Allah­dan başqa yalvar­dıq­larını tərk etdiyi za­man Biz ona İshaqı və Yaqubu bəxş et­dik. Biz onların hər ikisini pey­ğəm­bər et­dik” (Məryəm, 49). Uca Allah vəhy ilə, risaləti və aləmlərin üzərinə seçdiyi elçilərinə nə vermişdisə, onlar üçün də verdi”.[1] Uca Allah İbrahimə (ona salam olsun) hər şeyi əhatə edən xeyri - şirk və küfr içində olan qövmünü tərk etməsinə görə vermişdi”. İki səhih əsərdə (əl-Buxari və Muslimin “Səhih” əsərlərində) Malik ibn Huveyrisin (Allah ondan razı olsun) Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun) yanına gəlməsi qeyd edilir. Rəvayət edilir ki, Malik ibn Huveyris (Allah ondan razı olsun) demişdir: “Mən qəbiləmizdən olan bir ne­çə adamla birlikdə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəldim və biz iyirmi gün onun yanında qaldıq. O (bizimlə) çox mehriban və mülayim rəftar edirdi. Nəhayət, bizim ailələrimiz üçün darıxdığımızı görüb dedi: “Qayıdın, onların yanında olun, (bu dini) onlara öyrədin, (onlara) namaz qıldırın, namaz vaxtı yetişdiyi za­man, qoy biriniz azan verib sizi namaza çağırsın və sizin ən yaşlı olanınız si­zə namaz qıldırsın”. (əl-Buxari, 592, 628). Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) onların ailələri və vətənləri üçün darıxdığını nəzərə almışdı. Necə ki Ənəs ibn Məlik (Allah ondan razı olsun) demişdir: “(Hədisin bu yerinin xatırlayıb) “bizim ailələrimiz üçün darıxdığımızı görüb”– bundan sonra Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) onlara ailələrinin yanına qayıtmağa icazə verdi”.

Uca Allah böyük günahları edənə vətən­dən uzaq düşməyi cəza və qorxutmaq növlə­rindən etmişdir. Səhih Muslimdə rəvayət olunur ki, Ubadə ibn Samit (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Məndən öyrənin! Artıq Uca Allah onlar (qadınlar) üçün çıxış yolu açmışdır. Evli ilə evli, bakirə ilə bakirə. Evliyə yüz qamçı vurular, sonra isə daş-qalaq olunar. Bakirəyə isə yüz qamçı vurular və bir il uzaqlaşdırılar”.[2] Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Həqiqətən onun vətənindən qovul­ması onun himməsini və bədənini zəiflə­dir. Beləliklə o, cəza çəkdiyini başa düşür”. Təqvanın səhih mənalarına daxil olan da - müsəlmanın vətəninə (zərər gəlmə­sinə) görə Rəbbindən qorxması, vətəninə xəyanət etmə­məsi, düşmənləri onun üzərinə hökm­ranlıq etməsinə qarşı çıxması, vətəni hərc-mərcliyə aparmaması, həmvətənlərinin arasın­da düş­mən­çilik və fitnəni yaymamasıdır. Necə ki Şeyx Muhəmməd Şakir (Allah ona rəhm etsin) deyir: “Nə badə sən təqvanın yalnız namaz, oruc və onlara bənzər ibadətlərdən olmasını zənn edəsən! Həqiqətən təqva (Allahdan qorxmaq) çox şeyə daxil olur. Allahdan etdiyin ibadətlərə görə qorx və bunda səhlənkar olma! Allahdan qardaşlarına görə qorx və onların heç birinə əziyyət vermə! Allahdan vətəninə görə qorx və ona xəyanət edərək düşmənləri onun üzərinə hökmran etmə! Allahdan öz nəfsinə görə qorx, səhhətini və pis əxlaq sahibi olaraq nəfsini zay etmə!”[3] Mən həqiqətən təəccüb edirəm ki, insan öz vətəninə necə xəyanət edir?! İnsan zənn etsə ki, onun vətəni onu sıxır, deməli onun əxlaqı naqisdir. Haqq qədimdə şair dediyi kimidir:

 

Allaha and olsun ki, ölkələr daralmaz,

Lakin daralan kişilərin əxlaqıdır.

 

Vətənindən uzaq düşənin halı belədir. Onun qanında darıxmaq istəyi cərəyan edir, boğulan insanın havaya çıxması kimi vətəni üçün acır. Qaranlıqda (ana bətnində) olan uşağın işıqlığa çıxması kimi insan da vətəni üçün darıxır. Ona görə mən təəccüb edirəm ki, insan necə xəyanət edə bilər?! Heç insan da öz vətəninə xəyanət edər?! Günəş mənim vətənimdə ən gözəldir. Qaranlıq da mənim vətənimdə ən gözəldir, çünki vətənim (gecə) orda yatır. Sənin təmiz və ətirli gecələrin var. Vətən nə qədər ki, İslam ölkəsidirsə, onun İslam ölkəsi olaraq qalması üçün çalışmağın vacibdir. Onun əmin-amanlığı üçün çalışmağın vacibdir. Orda özbaşınalıq eləmək, illər boyu qazanılanın itirilməsi və vətənə zərər verilməsi haramdır.

 Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) küfr diyarı ilə İslam diyarını bəyan edərək demişdir: “Şirk ölkəsində küfrün şüarları qaldırılan və İslam şüarları olan – azan, namaz, bayram və cümə namazı kimi ümumi şəkildə edilmir. Bunlar xüsusi şəkildə olsa da və bəzi müsəlmanlar bunu etsə də ora müsəlman diyarı adlanmır. Çünki bu şüarları az miqdarda müsəlman edir. Amma İslam diyarlarında İslam şüarları ümumi və açıq şəkildə edilir. Allaha həmd olsun, bizim diyarımız İslam diyarıdır”. Şeyx əl-Albani (Allah ona rəhm etsin) buyurur: “Bu məsələ Şeyxul-İslam İbn Teymiyyənin məsələni bəzi fətvalarda izah etdiyi kimidir. Həqiqətən vətən hüdudlardan ibarət deyil. Əslində onun sakinləri var. Əgər sakinlərin çoxu müsəlman­dırsa, nizam İslamdırsa, İslam dini ilə tam şəkildə hökm edilməsə də belə ora İslam diyarı sayılır”. Şeyx əl-Albaninin işarə etdiyi İbn Teymiyyənin (Allah onlara rəhm etsin) bəzi fətvalarında olan bu sözdür: “Bir diyarın küfr və ya İslam diyarı olması, fisq diyarı olması, yerə xas olan bir şey deyil. Bu sakinlərə xas olan bir şeydir”. Başqa bir yerdə demişdir: “Yaşayış yerlərinin və ölkələrin hökmləri əhalisinin hökmünə görə dəyişir. Ola bilər ki, bir yerin əhalisi kafirlər olduğuna görə küfr diyarı olsun. Sonra əhli İslama gələr və İslam diyarı olar. Necə ki Məkkə - Allah onu şərəfləndirsin, əvvəllər küfr və hərb diyarı idi”.

Şeyx yalnız sakinləri nəzərdə tutmur. Burada əksər sakinlər nəzərdə tutulur. Şeyx əl-Albani (Allah ona rəhm etsin) buyurur: “İslam diyarı əvvəlki kimi deyil, lakin hər bir halda küfr diyarı da deyil, İslam diyarıdır.  Bu məslədə artıq şübhələr çoxalmış və xətalı, rədd olunmuş rəylər artmış­dır. Orada xətalar və xətaların üzərinə çoxlu şərlər qurulmuşdur. Bunların səbəbləri; Allahın endirdiyi ilə hökm etməyənin təkfiri, onlardan bəzilərinin alimlərin bu barədə bəzi sözlərini düzgün başa düşməmələri və onların sözlərini öz yerinə qoymamalıdır. Hər bir halda ölkəmiz nə qədər ki, İslam ölkəsidir – onun istiqrarını, əmin-amanlığının kamilliyi üçün onu qoruyaq. Onun qorunması bizə vacibdir”.

Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: “Əgər vətən İslam dövlətidirsə, oranı sevirsən, çünki o, İslam dövlətidir. Fərqi yoxdur, o sənin yaşadığın yerdir və ya başqa müsəlman ölkəsidir. Oranı sevmək də vacibdir”.[4]

Saleh əl-Fovzan (Allah ona rəhm etsin) buyurur: “İslam vətə­nini sevməyin din ilə ziddiyyəti yoxdur. Bu fitri məsələdir ki, burda qınama yoxdur. Əksinə düşmənlər ora hücum edərsə, onu müdafiə etmək hər bir bacaran üçün fərzdir. Vətəni sevmək şəri cəhətdən müqəddəs bir şeydir və onu sevmək Məkkə və Mədinəni sevmək kimi ibadətdir. Allah onların ikisini də şərəfləndirsin. Əgər vətəni sevmək - hicrət və Allah yolunda vuruşmaq kimi dinin işləri ilə zidd olarsa, o zaman vətən sevgisini cihadın və hicrətin önünə çəkmək şiddətli şəkildə haram olur. Necə ki Uca Allah buyurur: “Yalnız zülmə qarşı çarə qılmağa qadir olmayan və yol tapa bilməyən zəif kişilər, qadınlar və uşaqlar is­tis­nadır. Ola bilsin ki, Allah on­la­rı əfv et­sin. Həqiqətən, Allah əfv edən­dir, ba­ğış­layandır” (ən-Nisa, 98-99); “De: “Əgər atala­rınız, oğul­larınız, qardaşlarınız, zöv­cə­lə­ri­niz, yaxın qo­humlarınız, qa­zan­dı­ğınız mallar, iflasa uğ­ra­ma­sın­dan qorxduğunuz alış-veri­şi­niz və bə­yəndiyiniz məs­kən­lər sizə Allah­dan, Onun El­çi­sindən və Onun yo­­lunda ci­had­dan daha əziz­dir­sə, Allah Öz əmrini verincəyə qədər gözlə­yin. Allah günah­kar­la­rı doğru yola yönəlt­məz”. (ət-Tövbə, 24). Beləliklə, Allahın Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) Məkkədən mühacir kimi Mədinəyə çıxdı. Həmçinin İbrahim (ona salam olsun) öz vətəni olan İraq torpaqlarından Şam və Məkkə torpaqlarına doğru çıxdı. “...İb­rahim de­di: “Mən Rəbbimin ya­nına (əmr etdiyi Şam diya­rına) hicrət edirəm...”. (əl-Ənkəbut, 26). İslam vətənini sevmək imandandır”. Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) buyu­rur: “Hərdən insanların dilində sənədi olma­yan və səhihliyi barədə heç nə olmayan hədis yayılır: “Vətəni sevmək imandandır”. Bu hədis səhih deyil. Əksinə İslam vətənini sevmək imandandır. Amma vətənə gəlincə, ola bilər ki insan küfr diyarı olan vətənindən İslam diyarına hicrət etsin. Küfr diyarı olan vətəninə sevgi imandan deyil. Əksinə küfr olan diyarlar üzərinə qəzəb olanlardır. Amma İslam vətəni sənin vətənin olmasa da ona sevgi iman­dandır”.[5] Müsəlmanın öz ölkəsini – vətənini və onun əhalisini düşmənlərin hücu­mundan və onların hiylələrindən malını və canını fəda edərək qoruması vacibdir. Dininin şüarlarının və Rəbbinə ibadətinin orada olması, əllərində olan mülklərin dəyişməməsi, məhrəmlərini qorumaq, onların yaşayışlarını düzəltmək üçün vuruşması vacibdir. Övladlarının və zürriyyətinin İslamda olması üçün vuruşması vacibdir. Bütün bunlar - vətən ilə insanlar arasına girərək fitnə salmaq düşmənlərin hiylələridir. Düşmənlərin məqsədi məmləkəti ələ keçirərək mülklərə sahib olmaq, məhrəm­lərə təcavüz etmək, dili və tarixi məhv etməkdir. Bu vətən və əhli üçün edilən hiylələrdir. Buna görə də vətən yolunda Allah üçün vuruşmaq vacibdir. İbn Bəzz (Allah ona rəhm etsin) buyurur: “Yerlipərəstliyi və pislənilən niyyətləri tərk etmək vacibdir. Hər hansı yerə görə özünü üstün saymamaq lazımdır. İnsanı yer müqəd­dəsləşdirmir. Onu əməli müqəddəsləşdirir”.[6]

 

[1] Teysirul-Kərimur-Rahmən, 3/1002.

[2] Muslim, 1690, 3200, 4511.

[3] Vasayal-Əbəi lil-Əbnəi, səh. 20

[4] Riyadus-Salihin, 1/36.

[5] Şərhu Riyadis-Salihin, 5/330.

[6] Yəhyə ibn Səid rəvayət edir ki, Əbud-Dərdə Salman Farisiyə məktub yazır: “Sən müqəddəs torpaqlara gəl!” Salman Farisi də ona məktub yazır ki: “İnsanı yer deyil, onu əməli müqəddəsləşdirir”. (Malik, Vasaya kitabı).