Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun) vətənini tərk etmək istəməməsi

English

Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyin başlan­ğıcında olan hadisələri Varaqa ibn Novfələ (Allah ondan razı olsun) danışdıqda, o demişdir: “Kaş dəvət edə­cəyin vaxt mən gənc olaydım! Kaş qövmün səni (yur­dun­dan) qovacağı za­man sağ olaydım!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) soruşdu: “Məgər onlar məni qovacaqlar?” Va­ra­qa de­di: “Bəli! Sənin gətir­diyinin bən­zərini gətirən (Allahın dinini təbliğ edən) elə bir kişi olmayıb ki, onun­­la düşmənçilik etmə­sinlər...”.[1]

Həmçinin İmam Əhməd “Musnəd” əsərin­də, İbn Məcə, İbn Hibban, əl-Hakim “Mustəd­rak” əsərində rəvayət edirlər ki, Abdullah ibn Əli ibn Həmra (Allah ondan razı olsun) deyir ki, Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun) Məkkədə miniyin üzərində belə dediyini eşitmişdir: “Allaha and olsun ki, sən mənə Allahın ən xeyirli yerisən! Mənə ən sevimli yersən! Əgər mən burdan qovulmasaydım, heç vaxt buradan çıxmazdım”.[2] İbn Məcənin (Allah ona rəhm etsin) rəvayətində isə buyurur: “Sən ey Məkkə! Sən Allaha və mənə ən sevimli yersən!”

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) xəstə adama (belə dua) oxuyurdu: “Allahın adı ilə! (Bu) bizim yerin torpağıdır, bəzilərimizin ağız suyu ilə qarışmışdır və xəstəmiz Rəbbimizin izni ilə sağalacaqdır[3]”.[4]

Uca Allah buyurur: “Qənimət həmçinin yurd­la­rından qo­­vulmuş və malla­rın­­dan məh­rum olun­muş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mər­hə­mətini və razı­lı­ğı­nı qazanmağa can atır, Alla­ha və Onun rəsuluna kö­mək edirlər. Doğru olanlar da məhz onlardır” (əl-Həşr, 8).

Ənsarların əzəmətli dərəcələrinin olmasına baxmayaraq, Uca Allah mühacirləri önə çəkmiş və onları fəzilət sahibi etmişdir. Çünki onlar üçün baş verən şey ənsarlara üz verməmişdir. Bu da sevdiklərini, yaxınlarını, dostlarını Allah yolunda Muhəmməd peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) kömək etmək üçün vətənlərini tərk etmək, diyarlarından çıxmaq idi. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) bunu bəyan edərək mühacirlərin ənsarlardan daha üstün olmalarını qeyd edərək demişdir: “Bu mühacirlər Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun) kömək ilə hicrət etməyi cəm etmişdirlər”.[5]

Uca Allah vətəndən çıxarılmağı Allah və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) qarşı müharibə edənlərə, Ona qarşı düşmənçilik edənlərə, yer üzərində küfr və qətl ilə, insanların mallarını əllərindən almaqla, yolda insanları qorxuzmaqla fəsad edənlərə qarşı cəza növlərindən etmişdir. Vətəndən qovulmaq subay zinakara tətbiq olunan hədd cəzası kimidir.

Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qar­şı savaşanların və yer üzündə fit­nə-fəsad törət­mə­yə səy göstərənlərin cə­za­sı an­caq öldü­rülmək və ya çarmı­xa çə­kilmək, yaxud əllərinin və ayaq­larının çar­paz­vari kəsilməsi, ya­ da yaşa­dıq­­ları yer­dən sürgün edil­mələri­dir. Bu, on­lar üçün dün­yada bir rüsvay­çı­lıq­dır. Axi­­rət­də isə on­la­rı bö­yük bir əzab gözlə­yir”. (əl-Maidə, 33).

Uca Allah Bəni Nadir qəbiləsinin[6] öz torpaqlarından çıxarılmasını bəyan etmişdir. Bu da əzab növlərindən bir növdür. Allah bunu dəyişiklik olmayan qədərdə hökm etmişdir. Əgər bu sürgün olmasaydı, onlara dünyada daha böyük əzab və başqa bir cəza olardı. Onlar üçün Axirətdəki əzab daha şiddətlidir.

Uca Allah buyurur: “Əgər Allah onlara sürgün hökmü­nü yazmamış olsaydı, on­la­ra dün­yada başqa əzab ve­rərdi. Axirətdə isə onlar üçün od əzabı ha­zırlanmışdır“ (əl-Həşr, 3).

Həmçinin Uca Allah İbrahim (ona salam olsun) haqqında belə buyurmuşdur: “İbrahim onları və onla­rın Allah­dan başqa yalvar­dıq­larını tərk etdiyi za­man Biz ona İshaqı və Yaqubu bəxş et­dik. Biz onların hər ikisini pey­ğəm­bər et­dik” (Məryəm, 49).

 

[1] əl-Buxari, 3.

[2] ət-Tirmizi, 3925; İbn Məcə, 3108. əl-Albani “Mişkətul-Məsabih” (2725) səhih olduğunu bildirmişdir.

[3] Transkripsiyası: Bis­milləh! Turbətu ərdinə: bi ri:qati bə'dinə, yuşfə səqi:munə: bi izni Rab­bi­nə 

[4] əl-Buxari, 5304, 5745. İmam ən-Nəvəvi S bu hədisi şərh edərkən demişdir: “Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) ağznın suyunu şəhadət barmağına vurur, sonra torpağa batırıb ondan bir şey götürür, sonra isə kəsilən, xəstə olan, ağrıyan yerə qoyub bu sözü deyərdi. Bəzi alimlər bunu Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun) xas olduğunu demişlər. Lakin səhih olan bunun ümumi olmasıdır. Şəfa verən Uca Allahdır və istədiyi şeyi sağalmaq üçün səbəb edir”.

[5] Məcmuul-Fətava, 3/152.

[6] Mədinədə olan yəhudi qəbiləsi olub.