Müsəlman olub şəriətlə idarə etməyən rəhbərlərə itaətin vacibliyinə dəlil nədir?

Sual: 
Assalamu aleykum! Hakimler muselman ve kafir hakim olaraq 2 yere bolunur. Men deyirem ki, hakim muselmandirsa, ister sherietle idare etsin, isterse de yox, sheriete uygun sheylerde ona tabe olmaq Allaha yaxinlashmaqdir. Teqarrubdur. O ise deyir ki, bu yalniz sherietle idare eden hakime itaetde beledir. Muselman olub sherietle idare etmeyen hakime itaetin vacib olmasinin delillerini isteyir menden. Hemcinin "Sheriete uygun sheylere itaet etmek, uygun olmayan sheylerde ise tabe olmamaq" qaydasina delil isteyir. Bu meselelerde mene bilgi verseniz qardashi melumatlandirib sehv fikrinden donmesine sebeb olardiq. Ozu deyir ki, delil getir inanim. Allah elminize bereket versin!
Cavab: 

Va aleykumus-Sələmu va rahmətullah. Hədislər də göstərir ki, Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) sonra müxalif rəhbərlər olacaq və onlara haram olmayan şeylərdə itaət etmək vacibdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: "Məndən sonra imamlar olacaqdır ki, nə mənim yolumu tutub getməyəcəklər, nə də ki, sünnəmə tabe olmayacaqlar. Onlar insan cismində qəlbləri şeytanların qəlbidir". Huzeyfə (Allah ondan razı olsun) dedi: "Əgər buna yetişərəmsə, onda nə edim, ey Allahın Elçisi?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Əmirə qulaq as və itaət et, hətta belinə vurub, malını əlindən alsa belə, qulaq as və itaət et". ("Silsilətul-Əhədisis-Sahiha" 2739).

Şeyx əl-Albani (Allah ona rəhm etsin) bu hədisin altında deyir: "Bu hədis Peyğəmbərin (salləllahu aleyhi və səlləm) peyğəmbərlik əlamətlərindən və ümmətinə nəsihət etməsinə dəlalət edən çox əzəmətli bir hədisdir. Müsəlmanların birliyini parçalayan, qüvvələrini və güclərini aparan firqəçilikdən və hizbilikdən xilas olmaları üçün onların bu hədisə çox böyük ehtiyacları vardır" (Şeyx əl-Albani "Silsilətul-Əhədisis-Sahiha" 2739). Rəhbərə itaət haqda olan hədislər elə zalım rəhbərlər haqda gəlib. Həmçinin, əgər rəhbər müsəlmandırsa, artıq şəri rəhbər sayılır. Yəni, ona itaət edilməlidir. Daha ətraflı: 

Rəhbərə tabe olmaq və onun zülmünə səbr etmək haqda hədislər

Keçmiş sələf alimlərinin rəhbərə qarşı çıxmağı icazəli görən alimi cərh etmələri barədə

İtaət keçmişdəki rəhbərlərə xasdır, yoxsa müasir rəhbərlərə də aiddir?

Hakimləri şəri və qeyri-şəri qismlərə bölmək doğrudurmu?

Sələf alimlərinin rəhbərlərə tabe olmaq haqda sözləri