Dördüncü şərt: Dördüncü şərt həmin şəxsin təvil yəni, dəlilləri başqa mənaya yozan olmamasıdır. Buna təvil deyilir. Təvil edən şəxs bu əməli qəsdən etməyib. Sadəcə ayəni və ya hədisi oxuyub səhv başa düşüb. Özünün səhvən anladığına əsaslanaraq, zəlalətdən olan o sözü demişdir.
təkfir nədir
Şeyx Muhəmməd Nəsirəddin əl-Albaniyə belə bir sual verirlər:
"Hörmətli şeyx! Burada gənclər bəzi qaydalar ilə hərəkət edirlər. O qaydalar bunlardır:
“Kim kafiri təkfir etməsə o şəxs özü kafirdir”
“Kim bidətçini bidətçi elan etməzsə o özü bidətçi olur”
“Kim bizimlə deyilsə, bizə qarşıdır”
Şeyx sizin bu qaydalar barədə rəyiniz nədir? Həmçinin, bu qaydalar haradan gəlmişdir və bu qaydaların əsasını kim qoymuşdur?"
Şeyxul İslam İbn Teymiyyənin (Allah ona rəhm etsin) təkfir etmək haqda belə buyurmuşdur:
Müsəlmanları təkfir etmək bidət əhlinin daimi sifətlərindəndir. İmam əl-Əsbahani (Allah ona rəhm etsin) demişdir: “Biri birilərini təkfir etməklə məşğul olan xavaric, rafizi və qədərilər kimi bidət əhlindən fərqli olaraq, sünnə əhli biri birilərini təkfir etmir! Onlardan yeddi nəfər bir məclisdə toplansa, mütləq biri birilərini təkfir edərək oradan ayrılacaqlar. Onlar yəhudi və nəsranilərə bənzəyirlər və Allah onlar haqqında demişdir: “Yəhudilər dedilər: “Xaçpərəstlər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər”.
Bəzi müsəlmanların problemi, ümumi təkfiri düzgün başa düşməmələri və müəyyən təkfirlə ümumi təkfir arasında fərq qoymamalarıdır. Yəni “belə etmək küfrdür” deməklə “belə edən kafirdir” demək arasında, günahın özü ilə onu edən insan arasında fərq qoymamalarıdır. Yəni, ümumi dəlillərlə xüsusi dəlilləri bir birindən ayırmamaq bu problemlərə səbəb olur.
İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Müəyyən şəxsə gəldikdə (onu) küfrdə ittiham etmək fərqlənə bilər. Hər xəta edən bidətçi və fasiq olmur, hər yolunu azan da kafir, fasiq və ya günahkar olmur”. (Minhəcus-Sunnə, 5/ 250).