1749 oxunma
English
Təkfir etmək bir insanin kafir olduğunu deməkdir. Bu, İslam şəriətində dindən çıxanları ayırd etmək və onları mühakimə etmək üçün tətbiq edilən bir elmdir. Bəzi yolunu azmış savadsız adamlar bu məsələyə aid Quran ayələrini və hədisləri öz nəfslərinə və ağıllarına uyğun şəkildə şərh edərək, bilməyərəkdən şirk əməllər edən müsəlmanları kafir elan edir, digər müsəlmanları onlara qarşı nifrətə və düşmənçiliyə çağırırlar. Halbuki, Quran və səhih hədislərə əsasən bunu etmək böyük günahdır. Təkfir fitnəsi hal-hazırda müsəlman ölkələrində baş verən müharibə və fitnə-fəsadların əsas səbəblərindən biridir. İslam düşmənləri bu fitnəni müsəlmanlar arasında yayaraq onları parçalamaq, bir-birinə düşmən etmək və müsəlman dövlətlərini bu yolla zəiflətmək üçün əllərindən gələni edirlər.