"Peyğəmbər ﷺ vəfat etdikdə Aişə üzünə vururdu" şübhəsi
274 oxunma
Bidət əhli möminlərin anası olan Aişə haqda şübhə gətirib deyirlər ki, müsibət baş verdiyi zaman Aişə üzünə vurur və ağlayırdı, deməli Aişə bunu edibsə, bizim etməyimizdə bir günah yoxdur.
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Allah Elçisi ﷺ mənim otağımda, başı mənim dizimin üstündə olan zaman vəfat etdi. Mən də bilmədiyimə və yaşımın az olmasına görə Allah Elçisi ﷺ vəfat edən kimi onun başını dizimin üstündə çəkib döşəyə qoydum, sonra durub qadınların yanına gedərək üzümə vurub ağlamağa başladım".
English
“...Səmada olanlar da sizə rəhm etsin” hədisi ilə atılan şübhə
Bidət əhli bu hədisi dəlil gətirirlər: "Allah mərhəmətli olanlara Öz rəhməti ilə müamilə edər. Elə isə siz də, yer üzərində olanlara qarşı mərhəmətli olun ki, səmada olanlar da sizə rəhm etsinlər". Onların bu hədisi gətirməkdə məqsədləri bu hədisdə nəzərdə tutulan "göy əhli" deyildiyi zaman mələklərin nəzərdə tutulması və mələklərdən kömək istənilməsinin icazəli olmasıdır.