ət-Tövbə surəsinin 105-ci ayəsi ilə atılan şübhə
681 oxunma
Bidət əhli bu ayəni dəlil gətirərək: “De: “İşinizdə olun! Allah, Onun Elçisi və möminlər əməllərinizi görəcəklər. Sonra qeybi və aşkarı Bilənin yanına qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir” (ət-Tövbə, 105) deyirlər ki, bu ayə Peyğəmbərin ﷺ əməllərə şahid olmasına, möminlərə ərz olunmasına dəlildir.
English
"Qəbirdən istəyən üç alim müşrik deyil" - şübhəsi
Bidət əhli bu rəvayəti gətirərək Peyğəmbərin qəbrindən istəməyin icazəli olmasına bu rəvayəti dəlil gətirirlər. Rəvayət edilir ki, Əbu Bəkr əl-Öməri demişdir: "Mən, ət-Tabərani və Əbu Şeyx Mədinədə idik. Vaxtımız dar idi və o gün biz muvasələ (bir günü digər günə birləşdirmişdir) orucu tutmuşduq. Axşam vaxtı gəldikdə mən Peyğəmbərin qəbrinin yanına gedib dedim: “Aclığım var, aclığımı sənə şikayət edirəm”. ət-Tabərani dedi: “Otur, ya ruzimiz gələcək, ya da burada öləcəyik”. Bir qədər sonra bir ələvi gəldi, baxdıq ki yanında iki köləsi və əllərində içi dolu zənbillər var.