Rəhbərlərə itaət

Şübhəyə cavab:
1. Biz ixtilaf anında Kitab və Sünnəyə qayıtmağa əmr olunmuşuq. Belə ki, Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” (ən-Nisa, 59). Müsəlman rəhbər zalım olsa, malını əlindən alsa, üsyankar birisi olsa belə ona qarşı çıxmağı qadağan edən və ona qulaq asıb itaət etmək haqda onlarla hədislər var.
ardını oxu 912 oxunma Təkfir, Rəhbərlərə itaət
Şübhəyə cavab:
Hər bir müsəlman dini məsələləri öz nəfsinə görə deyil, şəriət çərçivəsində həll etməlidir. Əks halda bütün məsələlər qarışdırılır. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) bizə öyrədib ki, valideyinlərin icazəsi və dövlət rəhbərinin əmri olmadan cihada getmək olmaz. Üstəlik müharibənin cihad sayılması üçün həmin müharibə Allahın dininin yayılması üçün kafirlərə qarşı aparılmalıdır. İndiki vəziyyətdə isə müsəlmanlar bir-biri ilə döyüşürlər, Allahın dini isə əksinə, gözdən salınır.
ardını oxu 715 oxunma Rəhbərlərə itaət
Şübhəyə cavab:
Əhli-Sünnə vəl-Cəməada hakimlərə qarşı çıxmaqda ixtilaf yoxdur. İbn əl-Əşəsin Həccac ibn Yusufa qarşı çıxmasında isə o vaxtın alimlərindən Şəbi və digərləri Həccacın təkfirində xəta etmişdilər və bu xətalarını etiraf etmişdilər. Kiminsə xəta edərək bir fikri deməsi, sonra isə o xəta rəydən dönməsi kiminsə xəta rəyi dəlil gətirməsinə əsas vermir. Mütəşabih dəlillərlə, istər bu ayə, istər hədis, istər alimlərin kəlmələri və s. olsun, insanları bununla şübhəyə salmaq bidət əhlinin əlamətlərindəndir. Uca Allah buyurur: "Kitabı sənə nazil edən Odur.
ardını oxu 1089 oxunma Rəhbərlərə itaət
Şübhəyə cavab:
Bu şübhəni gətirənlər bunu bidət əhlindən gətirirlər, çünki heç bir sələf alimi belə bir iddia ilə çıxış etməyib. Müvaiyə (Allah ondan razı olsun) hakimə qarşı çıxmırdı və tələbində haqlı idi. Osman ibn Əffanın (Allah ondan razı olsun) qatillərini tələb edirdi. Hakimiyyət məsələsində Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) qarşı heç bir narazılığı və etirazı yox idi. Lakin, Əli ibn Əbu Taliblə döyüşə qalxmaqda xəta etmişdi.
ardını oxu 911 oxunma Rəhbərlərə itaət
Şübhəyə cavab:
Hüseyn ibn Əlinin (Allah ondan razı olsun) hadisəsi Yezid hamı tərəfindən rəhbər seçilməmiş baş vermişdir. Hüseyn Yezidə qarşı çıxmayıb. Kufə camaatı onu öz şəhərlərinə çağırırdılar. Ona görə də onun məqsədi Kufəyə getmək idi. Hətta onun Yezidə qarşı çıxmasını qəbul etsək də, bir səhabənin etdiyi dəlil deyil. Həmçinin, Hüseyn (Allah ondan razı olsun) iki dəfə bu fikrindən qayıtdı. Birincisi, əmisi oğlu Muslim ibn Əqilin xəbəri ona çatanda, ikincisi, də Kərbəlada. O, Yezidlə görüşmək istədi. Lakin, zalımcasına qətlə yetirildi.
ardını oxu 1763 oxunma Rəhbərlərə itaət
Şübhəyə cavab:
Bu şübhə sahiblərinə deyilir: “Əhli Sünnənin bəzi kitablarında rəhbərə qılıncla qarşı çıxmağın qadağan olmasına gəlincə, bu o demək deyil ki, dil ilə rəhbərləri pisləmək olar. Əgər Uca Allah bir günahı qadağan edibsə, ona  aparan yolları da qadağan edib. Məsələn, baxışın son mərhələsi sayılan zinanın qadağan olunması, gözlə harama baxmağın qadağan olunmasına dəlildir. Həmçinin, dil ilə hakimlərin əleyhinə danışmağın son mərhələsi sayılan xurucun (rəhbərə qarşı çıxmaq) qadağan edilməsi də rəhbərlərin əleyhinə danışmağın qadağan olmasına sübutdur.
ardını oxu 853 oxunma Rəhbərlərə itaət
Şübhəyə cavab:

Allahın endirdiyi ilə hökm verməmək barəsində Uca Allah: “Allahın endirdiyi ilə hökm etməyənlər əlbəttə kafirlərdir” (əl-Maidə, 44) ayəsində buyurduğu halda, alimlər bu ayədə qeyd edilən küfrün “kufrun dunə kufr", yəni insanı İslamdan çıxarmayan küfr olduğunu deyirlər.
Allahın hökmü ilə hökm verməmək həm böyük küfr, həm də kiçik küfr ola bilər. Sadəcə bəzi insanlar əl-Maidə surəsinin 44-cü ayəsini yanlış anlayaraq, Allahın hökmü ilə hökm verməyənlərin mütləq olaraq kafir olduğunu düşünürlər.
ardını oxu 1055 oxunma Təkfir, Rəhbərlərə itaət