"Əziyyət çəkən müsəlmanlara kömək etmək üçün müharibə olan yerlərə getmək lazımdır" şübhəsi
715 oxunma
English
Şübhə olaraq deyir ki, "bəzi yerlərdəki musəlman bacı və qardaşlarımızın gözü yaşlıdır. Onda onlara necə kömək etməliyik? Göz qabağında qardaş və bacılarımız məhv olur. Gedib onlara kömək etmək, lazım olarsa döyüşmək lazımdır".
Şübhəyə cavab:
Hər bir müsəlman dini məsələləri öz nəfsinə görə deyil, şəriət çərçivəsində həll etməlidir. Əks halda bütün məsələlər qarışdırılır. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) bizə öyrədib ki, valideyinlərin icazəsi və dövlət rəhbərinin əmri olmadan cihada getmək olmaz. Üstəlik müharibənin cihad sayılması üçün həmin müharibə Allahın dininin yayılması üçün kafirlərə qarşı aparılmalıdır. İndiki vəziyyətdə isə müsəlmanlar bir-biri ilə döyüşürlər, Allahın dini isə əksinə, gözdən salınır.
Həmçinin, dünyada olan müharibələrin əksəriyyəti müsəlmanların torpaqlarında baş verir. Gözləri yaşlı qalan analar da, öldürülən uşaq, qadın və qocalar da əsasən müsəlmanlardır. Səbəb isə müsəlmanların Allahın göstərdiyi yoldan uzaqlaşmalarıdır. Uca Allah buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir"(əş-Şura, 30). Ona görə belə halların baş verməməsi üçün müsəlmanlar özlərini düzəltməli, şirk və bidətdən uzaq olmalıdırlar.
Hal-hazırda o qədər ölkələr var ki, orada müsəlmanların gözləri yaşlıdır, lakin bu o demək deyil ki, biz gedib orada vuruşmalıyıq. Bizə əmr olunub ki, Uca Allahın dininə tabe olaq və həmçinin nəfsi istəklərimizi də Allahın dininə tabe edək. Hətta bizə ağır olsa belə. Biz gözlü yaşlı olan müsəlmanlara dualarımız ilə kömək etməliyik. Hər gün gecə-gündüz Uca Allaha yalvarmaq lazımdır ki, onlara yardım etsin, onların işlərini asanlaşdırsın və s. Amma nəfsə tabe olub hərəkət etmək, böyük günahlardan sayılır. Uca Allah buyurur: "(Ya Rəsulum!) Nəfsini ilahiləşdirəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan?" (əl-Furqan, 43).
Başqa bir ayədə isə Uca Allah nəfsinə qalib gələnləri Cənnətin gözələməsi bildirib: "Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə, Həqiqətən, onun yurdu Cənnətdir!" (ən-Naziat, 40-41).
Həmçinin, dünyada olan müharibələrin əksəriyyəti müsəlmanların torpaqlarında baş verir. Gözləri yaşlı qalan analar da, öldürülən uşaq, qadın və qocalar da əsasən müsəlmanlardır. Səbəb isə müsəlmanların Allahın göstərdiyi yoldan uzaqlaşmalarıdır. Uca Allah buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir" (əş-Şura, 30). Ona görə belə halların baş verməməsi üçün müsəlmanlar özlərini düzəltməli, şirk və bidətdən uzaq olmalıdırlar.

Mövzular: