Şübhə olaraq bəziləri gətirir ki, hədislərdə rəhbərlərə ancaq qılıncla qarşı çıxmaq qadağan edilir, ona görə dil ilə rəhbərləri pisləmək qadağan deyil.
Şübhəyə cavab:
Bu şübhə sahiblərinə deyilir: “Əhli Sünnənin bəzi kitablarında rəhbərə qılıncla qarşı çıxmağın qadağan olmasına gəlincə, bu o demək deyil ki, dil ilə rəhbərləri pisləmək olar. Əgər Uca Allah bir günahı qadağan edibsə, ona aparan yolları da qadağan edib. Məsələn, baxışın son mərhələsi sayılan zinanın qadağan olunması, gözlə harama baxmağın qadağan olunmasına dəlildir. Həmçinin, dil ilə hakimlərin əleyhinə danışmağın son mərhələsi sayılan xurucun (rəhbərə qarşı çıxmaq) qadağan edilməsi də rəhbərlərin əleyhinə danışmağın qadağan olmasına sübutdur. Bundan əlavə, Uca Allahın qadağan etdiyi bir əmələ aparan yolları icazəli etməsi, məntiqə uyğundurmu!? Deməli, sözlə də hakimə qarşı çıxmaq həqiqi qiyam sayılır. Buna sübut yuxarıda qeyd etdiyimiz hədislər və baş verən hadisələrdir. Baş verənlərə gəlincə, biz tam əminliklə deyə bilərik ki, qılıncla qiyam da sözlə qiyamın bir hissəsidir. Çünki, hər məsələdə olduğu kimi bu məsələdə də söz əməldən əvvəl gəlir”.
(Bu sözlər Şeyx İbn əl-Useyminin İmam Şovkaninin “Raful-Əsətin fi Hukmil-İttisal Bis-Sələtin” kitabına verdiyi açıqlamalardan götürülmüşdür. Həmçinin, “Fətəva əl-Uləmə əl-Əkəbir” səh. 95).

Mövzular: