ət-Tövbə surəsinin 105-ci ayəsi ilə atılan şübhə

English

Bidət əhli bu ayəni dəlil gətirərək: “De: “İşinizdə olun! Allah, Onun El­çisi və möminlər əməl­lə­­rinizi görə­cək­lər. Sonra qey­bi və aşkarı Bilənin ya­nı­na qay­tarıla­caq­sınız, O da sizə nə et­dikləri­nizi xəbər verəcəkdir” (ət-Tövbə, 105) deyirlər ki, bu ayə Peyğəmbərin ﷺ əməllərə şahid olmasına, möminlərə ərz olunmasına dəlildir. 

Şübhəyə cavab: 

Bu ayə Peyğəmbərin ﷺ sağ olduğu vaxta və Qiyamət günü əməllərin üzə çıxmasına aiddir. İbn Kəsir (Allah ona rəhm etsin) bunun Qiyamət günü baş verəcəyini deyir. “O gün siz məhşərə gə­ti­ri­ləcəksiniz və heç bir sirriniz giz­lə­dil­mə­yəcək” (əl-Həqqa, 18); “Sirlərin sınaqdan keçiri­lə­cəyi gün” (ət-Tariq, 9);  “və kökslərdə olanlar aş­kar edilə­cəyi zaman” (əl-Adiyat, 10). İmam Əhməd (Allah ona rəhm etsin) də bunu qeyd etmişdir. Əməllərin və münafiqlərin əməllərinin açılması Qiyamət günü baş verəcək. Onların gətirmiş olduğu bu ayə münafiqlər barəsində gələn ayədir və əməllərin Peyğəmbərə ﷺ ərz olunmasına heç bir aidiyyatı yoxdur. Həmçinin Peyğəmbərin ﷺ Qiyamət günü hovuzun yanından qovulacaq şəxslər barəsində olan hədis də onun vəfat etdikdən sonra olanlardan xəbərdar olmamasını göstərir. (İbn Kəsir "Əzəmətli Quranın Təfsiri", ət-Tövbə surəsi 105-ci ayəsinin təfsiri).