"Qəbirlər üzərində məscid tikmək bizim də şəriətə aiddir" şübhəsi
456 oxunma
English
əl-Kəhf surəs 21-ci ayə ayədə məscid tikmək istəyənlərin xristian olmalarına bir çox təfsir kitabında dəlillər var. Qəbirlərin üzərində məscid tikilməsi onların şəriəti idi. Əgər bu onların şəriətindən olubsa, deməli bizim də şəriətdəndir, çünki Allah bu ayədən sonra onların bu hərəkətini qadağan edən heç nə deməmişdir”.
Şübhəyə cavab:
Bizim bu şübhəyə üç yöndən cavabımız var.
1. Üsul elmində qərar tutan ən səhih rəy budur ki, bizdən əvvəlkilərin şəriəti bizim şəriət deyil. Buna bir çox dəlillər var. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəl heç bir kəsə verilməmişdir: “Bir ay əvvəl düşmənin qəlbinə qorxu salaraq ona qalib gəlməyim; yer üzünün mənim üçün pak və namazgah olması, belə ki, ümmətimdən olan hər bir kəs istənilən yerdə vaxtı girmiş namazı qılmalıdır; qənimətlərin mənə halal olması, belə ki, bu, məndən qabaq heç bir peyğəmbərə halal olmamışdır; (Qiyamət günü tərifəlayiq məqamda) şəfaət verməyim; və bir də hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərilmişəm”. (əl-Buxari, 335). Yəni əvvəlki peyğəmbərlər öz camaatı üçün göndərilmişdi, bizim Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) isə bütün insanlara göndərilib. Ona görə bizdən əvvəlkilərin şəriətində icazə verilənin, bizim şəriətdə icazəli olması vacib deyil.
2. Əgər biz qarşı tərəfin “bizdən əvvəlkilərin şəriəti bizim də şəriətdir” sözü ilə razılaşsaq, bu üsul qaydasının ikinci şərtini də nəzərə almaq lazımdır. Belə ki, ikinci qaydada bizdən əvvəlkilərin şəriəti bir şərtlə bizim də şəriət sayıla bilər. Əgər bizdən əvvəlkilərin şəriəti bizim şəriətə zidd deyilsə, bizim şəriətdən sayıla bilər. Yəni bizim şəriətdə həmin əmələ qarşı çıxan, onu rədd edən bir şey yoxdursa, bizim şəriətdən sayıla bilər. Əgər bizim şəriətə ziddirsə, biz həmin şəriəti qəbul edə bilmərik, çünki bizim şəriətə müxalifdir. Səhih məlumatlara görə də, qəbir üzərində məscid tikmək, türbə ucaltmaq qadağandır. Bu məsələdə ikinci şərt olmadığına görə bu əməl icazəli deyil.
3. Bizdən əvvəlkilərin qəbir üzərində məscid tikmələrinin bizim şəriətdə icazəli olmasına heç bir şəkildə razı ola bilmərik, çünki ayədə buna dəlil olan heç nə yoxdur. Ayədə bir dəstə insanın sözləri qeyd edilir. Bu ayədə həmin sözü deyənlərin möminlər olmasına dəlil yoxdur. Hətta onların iman əhli olmasını fərz etsək, onların əməlisaleh və peyğəmbərlərin şəriəti ilə gedən mömin olmasına dəlil yoxdur. Onların ya kafir olduğu, ya da öz peyğəmbərlərinin yolu ilə getməyən bir dəstə insan olması müəyyən olur. Ömər ibn Xattab (Allah ondan razı olsun) İraqda Danyal peyğəmbərin qəbrini tapdıqda, insanların onun qəbrini tapa bilməmələri üçün bir neçə yerdə dəfn edilməsinə əmr vermişdir.
Alimlər əl-Kəhf surəsində məscid tikmək istəyənlərin nüfuz sahibi olduqlarını demişdir. Həmçinin bu mübahisədə iki tərəf olmasını, qalib gələnlərin isə səhih etiqada əks olan tərəfdə olmasını qeyd etmişdir.
Bu ayədə onların etmək istədikləri əməli Allahın inkar etməməsi kimi dəyərləndirmək düz deyil.
Bu fikir iki cəhətdən səhvdir.
Birincisi, “mübahisədə qalib gələnlərin” Allah tərəfindən doğru yol sahibi olmaları haqda heç bir təsdiq olmadan onların mömin olmaları haqda fikir irəli sürülə bilməz. Onlar haqda öz peyğəmbərlərinin yolu ilə getmələrinə az da olsa işarə yoxdur. Bu ayədə onların müsəlman olmaları deyilmir, əksinə onların kafir və ya günahkar olmaları deyilir. Necə ki bunu İbn Rəcəb, İbn Kəsir və digər alimlər qeyd etmişlər. Onların bu əməllərinə hədislərdə Peyğəmbərimizdən (sallallahu aleyhi və səlləm) bir çox rədlər gəlmişdir.
İkincisi, bu ayə yalnız keçmiş və müasir bidət əhlindən olan tayfalara dəlil ola bilər, çünki onlar Quranı Sünnəsiz qəbul edirlər. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) bu haqda buyurmuşdur: “Bilin və agah olun ki, mənə Quran ilə birlikdə (onun bir) bənzəri verilmişdir. Diqqətli olun, taxtına söykənmiş tox bir adamın sizə: “Tək Qurandan yapışın, onda tapdığınız halalı halal, haramı isə haram qəbul edin” deyəcəyi gündən ehtiyat edin...”. (Əbu Davud, 4606; İmam Əhməd, 17306). Başqa rəvayətdə Peyğəmbər buyurur: “Allah Rəsulunun haram etdiyi, Allahın haram etdiyi kimidir”. (ət-Tirmizi, 2664, 2876. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 163).
Hədislərə baxmadan bu ayəni öz batil hərəkətlərinə dəlil götürənlər yalnız azğın bir tayfa ola bilər. Əhli Sünnə isə Qurana və Sünnəyə əsaslanırlar. Bunların məsəli Səba surəsində cinlərin Süleyman peyğəmbər üçün heykəllər düzəltməsini dəlil gətirənlərin məsəli kimidir. Ayə belədir: “Cinlər onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! Bu nemətlərə şükür edin! Qullarımdan şükür edən azdır”. (Səba, 13). Yəni bizim şəriətdə isə heykəl düzəltmək haramdır, buna Quran və Sünnədən bir çox dəlillər var.
Şeyx əl-Albaninin “Təhzir əs-Səcid min İttihad əl-Qubur val-Məsəcid” kitabının 63-cü səhifəsindən müxtəsərlə.

Mövzular: