"Onla­rın məzarı üs­tün­də mütləq bir məs­­cid ti­kə­cəyik!”- əl-Kəhf surəsi 21-ci ayə ilə gətirilən şübhə

English

Uca Allah buyurur: “Beləcə, insanları onla­rın halından xəbərdar etdik ki, Alla­hın və­dinin həqi­qət oldu­ğunu və Qiyamət saatının gə­lə­cə­yi­nə şübhə olma­dı­ğı­nı bil­sinlər. O zaman mömin­lər və kafirlər öz ara­larında onla­rın işi ba­rə­sin­də mübahisə edir­dilər. Bə­ziləri: “On­ların üstündə bir bi­na ti­­kin. Rəbbi onların halını daha yaxşı bi­lir!”– dedilər. Mü­ba­hi­sədə üs­tün gələnlər isə: “On­la­rın məzarı üs­tün­də mütləq bir məs­­cid ti­kə­cəyik!”– dedilər”. (əl-Kəhf, 21). Sufilər bu ayəni qəbir üzərində məscid tikilməsinə dəlil gətirib, elmsiz müsəlmanlar arasında şübhə yayırlar.

Şübhəyə cavab: 

Sufilər bu ayəni gətirib öz etdiklərinə bəraət qazandırır və haqq olduğunu iddia edirlər. Onların gətirdikləri ayə yerində gətirilməyib və onların qəsd etdikləri məsələyə heç bir aidiyyatı yoxdur.

1-ci rədd:  On­la­rın məzarı üs­tün­də mütləq bir məs­­cid ti­kə­cəyik!”– deyənlər və mübahisədə üstün gələnlər mömin deyildilər və kafirlərdən idilər. Halbuki Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəbir üzərində məscid tikməyi lənətləmişdir.

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəməbərin (sallallahu aleyhi və səlləm) vəfat etməsinə səbəb olan xəstəli­yə tu­tulduğu za­man o demişdir: “Allah yəhudilərə və xristianlara lənət eləsin! On­lar peyğəmbər­ləri­nin qəbirlərini ibadətgaha çevirmiş­lər”. Aişə deyir: “Peyğəməbər (ona Allahın salavatı və salamı olsun) bu sözü deməsəydi, müsəlman­lar onun qəbri­ni aşkarda saxlayardılar. Ancaq mən onun qəbrinin ibadətgaha çevrilmə­sin­dən qorxu­ram”. (əl-Buxari, 1244, 1330).

İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Uca Allah bütbərəstlərin, məcusilərin ibadət yerləri və ibadət olunan qəbirlərini Öz kitabında tərif olaraq heç bir yerdə qeyd etməmişdir. Əksinə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) lənət etməsinə səbəb olan yerlər kimi qeyd etmişdir. Necə ki Uca Allah buyurur: Mü­ba­hi­sədə üs­tün gələnlər isə: “On­la­rın məzarı üs­tün­də mütləq bir məs­­cid ti­kə­cəyik!”– dedilər” (əl-Kəhf, 21)”. Belə yerlər yalnız məzəmmət olunan yer kimi qeyd edilmişdir. Mağara sahiblərinin məscid tikilməsini deyənlər nəsranilərdən ibarət olan bir toplum idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də onlara lənət etmişdir: “Allah yəhudilərə və nəsranilərə lənət eləsin! Onlar peyğəmbər­ləri­nin qəbirlərini ibadətgaha çevirmiş­lər”. (əl-Buxari, 417, 435). Qəbirlərə ibadət edənlərin bu əməli Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dediklərinə ziddir”. (Rədd aləl-Bəkri, 2/567-568).

Mü­ba­hi­sədə üs­tün gələnlər isə: “On­la­rın məzarı üs­tün­də mütləq bir məs­­cid ti­kə­cəyik!”– dedilər”- bu sözü deyənlər arasında iki rəy var. Bəziləri onların müsəlman, bəziləri müşriklər olduğunu demişlər. İkinci rəy daha doğrudur, çünki bu əməl şirk sayılan və lənətə səbəb olan əməldir. Biz bu ayədə olanların yalnız müşrik olduğunu deyə bilərik.

2-cü rədd: Əgər biz onların müsəlman olduğunu zənn etsək belə, onların bu hərəkəti onların azğınlığa düşmələrinə və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) lənətinə gələn insanlar olduğunu deyə bilərik. Bu əməl ilə onları cahil müsəlman sinfinə aid etmiş olarıq.

3-cü rədd: Bu ayədə “üstün gələnlər” dedikdə, onların tərifə layiq olmaları demək deyil, sadəcə mübahisədə üstün olmaları deməkdir. Əgər üstünlük ədalət və haqla bərabər qeyd edilməzsə, zülmə və nəfsin istəyi ilə qalib gəlməkdir. Bu, haqq və ədalət üzərində olan üstünlük deyil.

İbn Rəcəb (Allah ona rəhm etsin) demişdir: “Peyğəmbərin “Allah yəhudilərə və nəsranilərə lənət eləsin! Onlar peyğəmbər­ləri­nin qəbirlərini ibadətgaha çevirmiş­lər” bu hədisinə Qurani-Kərim də eyni mənaya dəlalət edən ayəsi var. Bu da Uca Allahın əl-Kəhf surəsində dediyi sözdür: Mü­ba­hi­sədə üs­tün gələnlər isə: “On­la­rın məzarı üs­tün­də mütləq bir məs­­cid ti­kə­cəyik!”– dedilər” (əl-Kəhf, 21). Uca Allah mübahisədə üstün gələnləri bir işdə qalib olanlar kimi vəsf etmişdir. Bu da öz istəklərini digərlərinə qəbul etdirmək istəyənlərin bir qələbəsi olmasını göstərir. Burda bir məsələ də var ki, bu əməl fəzilət əhlinin işi deyil. Allah və elçilərin doğru yolu ilə gedənlərin işi deyil”. (İbn Rəcəb “Şərhu Səhih əl-Buxari“ 2/397).

4-cü rədd: Sufilərin bu iddiaları Peyğəmbərin (sallallahu aleyhi və səlləm) mütəvatir olan səhih hədislərinə və alimlərin icmasına ziddir. Onların təvil edərək dəlil kimi seçdikləri bu ayə İslam əqidəsinə və Peyğəmbərlərin gətirdikləri tək-Allahlılıq əqidəsinə açıq-aşkar ziddir. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Qəbirlərin üzərində məscid tikilməsi müsəlmanların dinindən deyil. Əksinə bu, səhih mənbələrlə Peyğəmbər tərəfindən qadağan edilən bir işdir. Bütün din alimləri bunun üzərində ittifaq etmişlər. Onlar demişlər: “Qəbirləri məscidlərə çevirmək olmaz. Qəbirlərin üzərində məscid tikmək olmaz. İstər qəbrin üzərində hər hansı türbə (bina) tikilməsilə, istərsə də orda namaz qılınması ilə olsun, bunların heç biri icazəli deyil”.  (Məcmuul-Fətava, 27/488).

5-ci rədd: Bu ayəni öz batil əqidələrinə dəlil gətirənlər bilmirlər ki, bu ayə onların özlərinə əks dəlildir. Yəni bu ayə mütəvatir olan hədislərə heç də zidd deyil.

Aişə (Allah ona rəhm etsin) rəvayət edir ki, Ummu Həbibə və Ummu Sələmə Həbə­şis­tanda gör­dükləri və içərisində rəsmlər olan kilsə haqqında xəbər vermişlər. Onlar (bu haqda) Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) xəbər vermiş və o da belə demişdir: “Onlar içərilərin­dən əmə­lisaleh bir adam öldükdə onun qəbri üstündə məbəd tikir və (divar­larında) həmin rəsmləri çəkirlər. Qiyamət günü onlar Allah yanında yaradıl­mışların ən pisi olacaqlar”. (əl-Buxari, 409, 427, 1341, 3584, 3873; Muslim, 528, 822, 1209).

Uca Allah da bizə bunu Quran ayəsi şəklində xəbər vermişdir.