"Peyğəmbərin qəbri məsciddədir" şübhəsi

English

Sufilər qəbirlərin üzərində məscid tikilməsinin icazəli olmasına dəlil kimi Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) qəbrinin də Mədinə məscidinin içində olmasını dəlil gətirirlər.

Şübhəyə cavab: 

Birincisi, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) məsciddə deyil, öz evində dəfn olunmuşdur. Çünki Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan səhih hədisdə deyilir: “Peyğəmbərlər öldükləri yerdə dəfn olunurlar”.

Möminlərin əmiri Valid ibn Abdul-Məlik ilk yüz illiyinin sonunda məscidi genişləndirərkən, Peyğəmbərin evini məscidin tərkibinə daxil etmişdir, çünki məscid genişləndirildikdə, ev məscidin daxilində qalmışdır. Nəticə də odur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) məsciddə deyil, öz evində dəfn edilmişdir. Əksinə, məsciddə insanı dəfn edib, orada qəbir qoymaq olmaz. Belə ki, Peyğəmbər qəbirlərin üzərində məscid tikməyi qadağan etmişdir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəməbərin (ona Allahın salavatı və salamı olsun) vəfat etməsinə səbəb olan xəstəli­yə tu­tulduğu za­man demişdir: “Allah yəhudilərə və xristianlara lənət eləsin! On­lar peyğəmbər­ləri­nin qəbirlərini ibadətgaha çevirmiş­lər”. Aişə deyir: “Peyğəməbər bu sözü deməsəydi, müsəlman­lar onun qəbri­ni aşkarda saxlayardılar. Ancaq mən onun qəbrinin ibadətgaha çevrilmə­sin­dən qorxu­ram”. (əl-Buxari, 1244, 1330).

Şeyx İbn Bəzə (Allah ona rəhm etsin) deyirlər: “Qəbirə ibadət edənlərin bir neçə şübhəsi var, Onlar Peyğəmbərin qəbrinin məsciddə olmasını şübhə olaraq gətirirlər. Buna cavab nədir?”

İbn Bəzz (Allah ona rəhm etsin) deyir: “Səhabələr Peyğəmbəri (sallallahu aleyhi və səlləm) məsciddə deyil, Aişənin evində dəfn etdilər. Amma Valid ibn Abdul-Məlik birinci mübarək əsrin sonlarında məscidi genişləndirdikdə, Aişənin otağını məscidin içinə daxil etdi. O vaxtın elm əhli bunu inkar etsə də, o, məscidin genişləndirilməsi zamanı otağın məscidə daxil edilməsində bir problem görmədi. Heç bir müsəlmana Peyğəmbərin qəbrinin məsciddə olmasını dəlil gətirib qəbir üzərində məscid tikməsi icazəli deyil. Ölənlərin, övliyaların qəbirləri üzərində məscid tikilməsi icazəli deyil. Bunlar səhih hədislərə ziddir. Bu, şirkə aparan yollardandır”. (İbn Bəzz “Məcmuul-Fətava” 5/388-389).

İbn Useymindən (Allah ona rəhm etsin) soruşurlar: “Qəbir olan məsciddə namaz qılınmasının hökmü nədir?” Şeyx İbn əl-Useymin buyurur: “Qəbir olan məsciddə namaz qılınması iki növdür. Birinci, əvvəldən həmin yerdə qəbir olub, sonradan o qəbirin üzərində məscid tikilib. Belə yerdə heç bir müsəlmana namaz qılmaq icazəli deyil. Müsəlmanlar həmin məscidi tərk etməlidirlər. Həmin məscidi tikənə, bu məscidi sökmək vacibdir. O, bunu etməzsə, müsəlmanların vəliəhdinə müsəlmanları bu şirkdən xilas edərək həmin məscidi sökmək vacibdir. İkinci, məscid olub, meyit sonradan məsciddə dəfn edilib. Həmin meyit məsciddən çıxardılaraq müsəlman qəbiristanlığında dəfn edilməlidir. Həmin qəbirin namaz qılanın önündə olmaması şərtilə, orada namaz qılmaq olar. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəbirlərə tərəf namaz qılınmasını qadağan etmişdir. Peyğəmbərin qəbrinə gəldikdə isə, Mədinə məscidi Peyğəmbər (ona Allahın salavatı və salamı oslun) dünyasını dəyişməmişdən qabaq tikilmişdir...” (İbn Useymin “Məcmuul-Fətava” 12/292).

Hicrətin 88-ci ilində Abdul-Məlik ibn Mərvan Mədinə məscidini genişləndirərkən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbrini məscidin ərazisinə salmaq istəyir, lakin bu qərara alimlər öz etirazlarını bildirirlər. Buna baxmayaraq Vəlid öz fikrində israrlı olur və bunun qəbahət olmamasını iddia edir. Nəticədə günümüzə gələn mənzərənin şahidi oluruq. Vəlidin bu qərarı səhv bir qərar olmuşdur. Hətta möminlərin anası Aişə daima Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbrinin məscidə qatılmasından ehtiyat etmişdir, çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) sağlığında bundan şiddətli şəkildə çəkindirərdi.

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəməbərin (sallallahu aleyhi və səlləm) vəfat etməsinə səbəb olan xəstəli­yə tu­tulduğu za­man o demişdir: “Allah yəhudilərə və xristianlara lənət eləsin! On­lar peyğəmbər­ləri­nin qəbirlərini ibadətgaha çevirmiş­lər”. Aişə demişdir: “Peyğəməbər (sallallahu aleyhi və səlləm) bu sözü deməsəydi, müsəlman­lar onun qəbri­ni aşkarda saxlayardılar. Ancaq mən onun qəbrinin ibadətgaha çevrilmə­sin­dən qorxu­ram”. (əl-Buxari, 1244, 1330).

Aişə rəvayət edir ki, Ummu Həbibə və Ummu Sələmə Həbə­şis­tanda gör­dükləri və içərisində rəsmlər olan kilsə haqqında xəbər vermişlər. Onlar (bu haqda) Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) xəbər vermiş və o da belə demişdir: “Onlar içərilərin­dən əmə­lisaleh bir adam öldükdə onun qəbri üstündə məbəd tikir və (divar­larında) həmin rəsmləri çəkirlər. Qiyamət günü onlar Allah yanında yaradıl­mışların ən pisi olacaqlar”. (əl-Buxari, 427).

Başqa bir hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: "İnsanlar içərisində ən şər olanlar, Qiyamət qopduğu zaman diri olan və qəbirləri məscidlərə çevirənlərdir”. (Əhməd, 3844).

Bu dəlillərin hamısından aydın olur ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəbri məsciddə deyil, Aişənin otağında olub. Sonradan onu məscidin ərazisinə daxil ediblər. Bu hadisə səhabələrin çoxunun vəfat etdiyi dövrdə olmuş, alimlərin etirazına baxmayaraq edilmişdir. İndiki dövrdə həmin otaq məscidin içində olsa da, divarlarla hörülmüşdür. Bu divarlar tabiinlərin dövründən mövcuddur.

Sufilərin gətirdikləri daha bir şübhə də var ki, guyə qəbir olan məsciddə qılınan namaz daha fəzilətlidir. Bu iddia isə tamamilə batildir. Şübhəni iddia edən Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) bircə səhih hədis gətirməlidir. Əks halda qeyb haqda yalan danışmış olur. Bunun günahının necə böyük olduğunu isə hamı bilir.