Bidət əhlinin Allahın səmada olmasını inkar haqda gətirdikləri şübhə

English

Bidət əhli şübhə kimi Allahın hər yerdə olmasına bu hədisi dəlil gətirilər. Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi – sallallahu aleyhi və səlləm - qiblə istiqamətində divarda tüpürcək gördü və onu təmizlədi. Sonra insanlara doğru dönüb buyurdu: “Biziniz namaz qıldıqda, üzü tərəfə qiblə istiqamətində tüpürməsin, çünki Allah o namaz qıldığı zaman onun üzü tərəfindədir”. (əl-Buxari, 391, 406; Muslim, 852, 1251). Onlar iddia edirlər ki, bu hədis Allahın hər yerdə olmasına dəlildir.

Şübhəyə cavab: 

Cavab olaraq deyilir ki, Əhli Sünnə vəl-Cəməanın etiqadı Uca Allahın Ərşinin üzərinə həqiqi bir şəkildə, Özünə layiq olan və yaraşan bir şəkildə üzərindədir. Lakin müxaliflər Allahın səmada olmasına etiraz edərək bu hədisi şübhə kimi gətirirlər: Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi – sallallahu aleyhi və səlləm - qiblə istiqamətində divardatüpürcək gördü və onu təmizlədi. Sonra insanlara doğru dönüb buyurdu: “Biziniz namaz qıldıqda, üzü tərəfə qiblə istiqamətində tüpürməsin, çünki Allah o namaz qıldığı zaman onun üzü tərəfindədir”. (əl-Buxari, 391, 406; Muslim, 852, 1251).

İbn Qeyyim (Allah ona rəhm etsin) buyurur: “Bu iki iş arasında heç bir  bir-birini inkar edən və ziddiyyət olan bir hal yoxdur. Qul namaza durduğu zaman, öz Rəbbinə yönəlmiş və üzünü rəbbinə tutmuş olur. Uca Allahda Üzü ilə həmin namaz qılana tərəf olar. Bu barədə səhih hədislər Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - mutavatir olaraq gəlmişdir . Buna həm ağıl, həm fitrət, həm də Allahın endirmiş olduğu bütün səmavi kitablar dəlalət etmişdir. Bu kitablar dəlalət etmişdir ki, Uca Allah Öz yaratdıqlarının üzərində, bütün məxluqatından ucadır və Öz ərşinin üzərinə yüksəlmişdir. Onun ərşi isə bütün göylərin üzərindədir. Uca Allah  bütün aləmləri əhatə etmişdir. Qul üzünü hansı tərəfə çevirirsə çevirsin, o, yalnız Allaha yönəlmiş olar”. (Müxtəsər əs-Səvaiq əl-Mursələ, 1/417).

Şeyx İbn əl-Useymin (Allah ona rəhmət etsin) belə demişdir: “Uca Allahın Öz zatı ilə Ərşə yüksəlməsi, Onun namaz qılanın tərəfində olması və üzünü tutduğu yöndə olmasını cəm etmək bir neçə tərəfdən mümkündür . Birinci, Quran və Sünnədən olan dəlillər bu iki halı bir yerə cəm etmişdir. Biz bilirik ki, mümkün olmayan bir şeyin cəm olması mümkün deyildir və dəlillər heç bir zaman mümkün olmayan bir şeylə gəlməz. İkinci, Uca Allahın yüksəkdə olması ilə namaz qılanın üzünü tutduğu, onun üzü ilə bir olması arasında heç bir ziddiyyət yoxdur. Ola bilər ki, bir şey ucada olsun və həmçinin səninlə üzbəüz olsun, çünki qarşıda olmaq, səninlə eyni səviyyədə bərabər olmaq demək deyil. Görmürsənmi, bir kişi günəşin batdığı zaman ona baxır və belə söyləyir: “Günəş mənimlə üzbəüzdür”. Baxmayaraq ki, həmin günəş göydədir. Bu söz və başa salınmaq istənilən məna arasında heç bir ziddiyyət yoxdur. Nə söz səhvdir, nə də məna. Əgər bir insan günəş batdığı zaman “günəş mənimlə üzbəüzdür” deyirsə, “O mənimlə bərabər eyni yaxınlığımdadır” demək deyil. Onun ucada olması həmin adamla üzbəüz olmasını inkar etməz və bu söz bir ziddiyyət təşkil etməz. Əgər bu, məxluq haqqında deyilməsi və baş verməsi mümkündürsə, insan “günəş mənimlə bərabərdir” deyir, baxmayaraq ki, günəş ucada və göydədir. Bu sözdə və mənada heç bir ziddiyyət yoxdursa, deməli Allah haqqında daha çox söylənilməsi icazəli olan bir haldır. Üçüncü, əgər biz fərz etsək ki, məxluq haqqında yüksəklikdə olmaqla qarşıda olmaq arasında ziddiyyət var, bu məsələnin Yaradan haqqında eyni olmasını tələb etmir. Çünki Uca Allaha bənzər və onun heç bir sifətinə oxşar kimsə yoxdur. Uca Allahın namaz qılanın üzünün yönəltdiyi tərəfdə olması Allahın məkanda olmasını tələb etmir. Həmçinin namaz qıldıqda üzünü yönəltdiyi divarda və ya onun qarşısında olmasını tələb etmir, çünki Uca Allah Öz zatı ilə ucadadır, onu heç bir məxluq əhatə edə bilməz və O hər bir şeyi əhatə etmişdir”. (İbn əl-Useymin “Məcmu əl-Fətava” 4/51).

Uca Allah buyurur: "Məşriq də, məğrib də Alla­hın­dır! Hansı səmtə yönəl­səniz, Allahın Üzü oradadır" (əl-Bəqərə, 115).

İnsan üzünü günəşə tutduğu zaman günəş onun üzərində və üzünün qarşısında olar. İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Bir kəs üzünü aya tutaraq ona xitab edərsə, həmin kəs aya xitab etdiyi zaman ona üzüilə yönəlmiş olur. Baxmayaraq ay ondan yüksəkdə və ucadadır. Eləcə də bəndə namaza durduğu zaman Allaha yönəlmiş olur. Allah onun qarşısında olur, baxmayaraq ki, Allah ondan yuxarıdır və ucadadır. Bəndə Ona yönələrək Ona dua edir. Bəndə nə Onun sağından, nə də solundan dua etmir, birbaşa Ona yönəlmiş şəkildə Allaha dua edir. O, yüksəkdə olduğu halda Ondan istəyir”. (Məcmuul-Fətava, 5/672).

“Namaz qılanın Rəbbi, onunla qiblə arasındadır” ləfzi alimlər demişlər: “Bu və buna bənzər ləfzdə olan hədisləri, istiva haqda gəlmiş möhkəm dəlillərə qarşı qoymaq icazəli deyil. Allahın Ərşin üzərinə istiva etməsi haqda olan ayə və hədislər qəti dəlillərdir. Həmin ləfzlər möhkəm dəlillərlə izah edilməlidir”. Hər bir halda yaradılanı Allaha oxşatmaq, yaradılanların sifətlərini Allaha şamil etmək olmaz. Əks təqdirdə insan ziddiyyətə düşmüş olur. Müsəlman Allahın sifətlərinə aid olan məsələlərdə dayanmalıdır və bu sifətləri yaradılanlara xas xüsusiyyətlərlə müqayisə etməməlidir.