Ehtiyata görə cahilin kəsdiyi əti yeməmək doğrudurmu?

Sual: 
assalamu aleykum. axi men ehtiyat babindan cahilin kesdiyi eti yemirem. bele etmek dogrudur?
Cavab: 

Və aleykumus-Sələm va rahmətullah. Əgər müsəlman təkfiri vacib edən əməl edərsə, yalnız təkfirin şərtləri cəm olub və təkfirə mane olan şeylər aradan qalxdıqdan sonra o kəs təkfir oluna bilər. Buna qədər isə o müsəlmandır və müsəlmanlara aid olan şeylər ona da aiddir. Müsəlmanlara vacib olan şeylər ona da vacibdir. "Ehtiyat üçün onun kəsdiyini yemək olmaz" deyə belə bir dəlil bilmirik. Əksinə, yuxarıda qeyd etdiyimiz kimi nə qədər ki, təkfir olunmayıb, əsli halına qaytarılır, o da İslamdır. Allah daha doğru bilir. Həmçinin, oxuyun: Naməlum şəraitdə kəsilmiş ətin hökmü