Uca Allah buyurur: “Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır” (əl-Hucurat, 13).
Təqva elə bir şeydir ki, onu Allahdan başqa heç kim bilmir. Uca Allah buyurur: “...Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin Allahdan qorxduğunu yaxşı bilir” (ən-Nəcm, 32).
Özlərini sələfə nisbət edənlərə onlara etimad edən cavanlara görə Allahdan qorxmaları vacibdir. Heç bir siaysı və qarışıq fikrə qarışmayan vəhyə tabe olmaları vacibdir. İslama və müsəlmanlara qarışıq fikirlərin çoxluğu və azlığı, varlığı və yoxluğu heç bir zərər verməyib, çünki bu, Allahın seçdiyi möminlərin yolundan uzaqdır və xətalı yoldur. Fitnələr bəsirəti kor edir və gözlərin qabağına hicab çəkir. Fitnə gəldikdə, alimlər onu bilər, getdikdə isə cahillər onu bilər. İxtilaf etmək məğlub olmağın əsas başlanğıc səbəblərindəndir. Bunun başlanğıcı isə Allah və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) qarşı itaətdə olan naqislikdir. Buna görə də Uca Allah bu iki şeyi bir yerdə zikr edib. Uca Allah buyurur: “Allaha və Onun Rəsuluna itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir” (əl-Ənfal, 46). Kim Allah və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) tabe olarsa, ona kömək olunar. Kim onlara müxalif olarsa, zəlil olar və alçalar. Uca Allah buyurur: “Heç şübhəsiz ki, Allaha və Onun rəsuluna qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar” (əl-Mucadilə, 20).
Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) buyurur: “Zillət və alçaqlıq mənim əmrimə müxalif olanadır”.[1]
İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Əhli Sünnə camaata bağlı olduğu kimi, bidət də bölünməyə bağlıdır. Deyildiyi kimi - Əhli Sünnə val-Cəməa, Əhli Bidə val-Firqa”.
İxtilaf dənizindən həlak olmaqdan qurtarmaq sünnədən yapışmaqdır. Sünnədən tutunmaq Nuhun gəmisidir. Necə ki, kim həmin gəmiyə mindi nicat tapdı, kim ona minmədisə, artıq həlak oldu. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) buyurur: “Məndən sonra sizdən kim yaşayıb qalarsa, çoxlu ixtilaflar görər. Mənim və hidayət rəhbərləri olan raşidi xəlifələrin sünnəsindən möhkəm yapışın. Onlara arxa dişlərinizlə möhkəm tutunun. Dində bidətdən çəkinin!”.[2] Hamımız bilməliyik ki, həddi aşmağın aqibəti çox pis və cəzası ən tez gələn günahdır. Həddi aşan öz həddi aşması ilə özü-özünü vurur. Əgər ona qarşı həddi aşılan kəs həddi aşanın həddi aşmasını görərsə, həddi aşanın özünü vurmasına görə sevinər. Lakin bəsirətinin zəif olmasına görə ancaq azğınlığı görür, həmin adamın özünü vurmasını isə görmür. Uca Allah buyurur: “Bax belə! Hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də haqsızlığa məruz qalsa, bilsin ki, Allah ona mütləq kömək edəcəkdir. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır!” (əl-Həcc, 60). Artıq Uca Allah Onun haqqına vəfa edənə zamin durub. Bəs heç bir şeydə Allahın haqqına vəfa etməyən necə? Əksinə, Allaha qarşı həddini aşır. Həmçinin günahlardan ən tez cəzası gələn həddi aşmaq və qohumluq əlaqələrini kəsməkdir. Əbu Bəkrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Günah sahibinə verilən cəzanın Axirətə saxlanılması ilə yanaşı bu dünyada da tezləşdirilməsi üçün, azğınlıq etmək və qohumluq əlaqələrini kəsmək kimi günahdan daha uyğun bir günah yoxdur”.[3] Bir dağ başqa bir dağa qarşı həddini aşarsa, haqsızlıq edərsə, həddi aşan dağın parça-parça olması Uca Allahın sünnəsidir. Azğınlıq edənin həddini aşması özünü oxlarla vurmasıdır. Gəmidə olanları batırmaq üçün gəmidə deşik açan insan necə də böyük günah edir! Hərc-mərclik yaradan insan necə də dəhşətli bir günah edir, sanki fitnələri qəbirdən çıxarır! On dörd əsrdir ki, Allahın ona nəsib elədiyi İslam torpaqlarını zay etmək istəyən necə də böyük günah qazanır!
Əbu Musa (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: “Ey Allahın Elçisi! Allah yolunda vuruşmaq nə deməkdir? Axı bizdən kimisi qəzəbinə görə, kimisi də namusuna görə vuruşur”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Hər kim Allahın Kəlməsi hər şeydən uca olsun deyə vuruşarsa, Uca Allahın yolunda (vuruşmuş) olar”.[4] Təəssübkeşlik üçün döyüşən şəhid sayılmır. Vətənpərvərlik kişinin öz vətəninə nisbət olunmasından doğur. Əgər müsəlman ölkəsinə nisbət edir və vətəninini sevirsə, Allahın Kəlməsinin və tövhidin üstün olması üçün döyüşürsə, bu müsəlmanın öz vətəni üzərində olan haqqını yerinə yetirməkdir. İbn Abbas N rəvayət edir ki, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) Məkkədən çıxarkən belə demişdir: “Sən necə də gözəl yersən! Mənə sevimlisən. Əgər qövmüm məni çıxarmasaydı, səndən başqa yerdə qalmazdım”.[5] Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) Mədinəyə gəldikdə Mədinəni ona sevdirməsi üçün dua edərək demişdir: “Allahım, Məkkəni bizə sevdirdiyin kimi, yaxud bundan artıq bir sevgiylə Mədinəni də bizə sevdir...”.[6] Vətənin əmin-amanlığı Uca Allahın insana verdiyi ən əzəmətli nemətdir.
Uca Allah buyurur: “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra əminliklə əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (ən-Nur, 55).
Allah əmin-amanlıqla ibadəti bir yerdə gətirdi.
Uca Allah buyurur: “Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır” (İbrahim, 35). İbrahim peyğəmbər u bu duada əmin-amanlıq nemətini istədi, bu isə əmin-amanlığın ən əzəmətli nemətlərdən olmasına dəlildir. Dinin və dünyanın heç bir xeyri əmin-amanlıq olmadan olmaz. Alimlərimizdən soruşmuşlar: “Əmin-amanlıq üstündür, yoxsa sağlamlıq?” Onlar da cavabında demişlər: “Əmin-amanlıq daha üstündür”. Buna dəlil gətirirlər ki, əgər bir qoyunun ayağı sınıbsa, müəyyən vaxtdan sonra onun ayağı düzələcək və sürüyə qayıdacaq. Amma o, bir yerdə bağlansa, otları yeyə bilməyəcək və nəticədə oləcək. Həqiqətən qorxunun gətirdiyi zərər, bədəndə olan zərərdən daha şiddətli və zərərlidir. Ona görə Uca Allah İbrahimin u duasına cavab vermiş, Beytul-Haramı və Məkkəni əmin-amanlıq diyarı etmişdir. Oraya dadlı ruzilər əta etmişdir. Həmçinin Uca Allah ruzi ilə əmin-amanlığı bir tutmuşdur.
Uca Allah buyurur: “Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!...” (əl-Bəqərə, 126). Uca Allah Məkkə əhlinə əmin-amanlıq vermiş və belə buyurmuşdur: “Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi? Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?” (əl-Ənkəbut, 67). Müşriklər bu nemətin əzəmətli olmasını dərk etmirdilər. Onlar Məkkəni əmin-aman bir yer olduğunu görmürdülər. Halbuki ətrafda yaşayan ərəblər biri-birilərini məhv edirdilər. Ətrafda olanların çoxluluğuna baxmayaraq Məkkə əhli az olsa da onlara hücum olunmur və onlarla heç kim düşmənçilik etmirdi. Uca Allah bu əzəmətli neməti onlara xatırlatmışdır.
Uca Allahın bu cür sual verməsi: “Onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?” (əl-Ənkəbut, 67), yəni Allah onların halına təəccüblənir və onları qınayır. Allah onlara nemət verir, onlar isə bunu inadkarlıq və küfr ilə qarşılayırlar. Uca Allah Məkkə əhlini əmin-aman etmiş və buna görə də oranı tərifləmişdir: “Bir zaman Biz müqəddəs Evi insanlar üçün ziyarətgah və əmin-aman bir yer etdik...” (əl-Bəqərə, 125).
Uca Allah oranı əmin-aman yer adlandırır: “qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər. Allah onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi” (əl-Qureyş, 3-4); Uca Allah Öz minnətini Səba qövmünə xatırladaraq demişdir: “Səba qəbiləsi ilə bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən bir-birinə yaxın şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”– demişdik” (Səba, 18); “Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) məsəl çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü” (ən-Nəhl, 112).
Sələmə ibn Mihsan əl-Ənsari (Allah ona rəhm etsin) rəvayət edir ki, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Kim qəlbi rahat, bədəni sağlam, gündəlik yeyəcəyi yanında olduğu halda səhərə çıxarsa, sanki bütün dünya ona verilmiş kimidir”.[7]
Əmin-amanlıq neməti Allahın insan verdiyi ən uca nemətlərdən biridir. Bu da şükür tələb edir. Nemət ovdur, şükür isə onu saxlamaqdır. Nemətin şükrü onu daxildə etiraf etmək, nemət verənə dil ilə səna və tərif etmək və nemət verənin yolunda xərcləməkdir. Bu əzəmətli nemətə küfr isə vətənin əmin-amanlığı ilə oynamaq, onun gələcəyini korlayıb keçmişini zay etmək, vətən övladları arasında düşmənçilik odunu qalamaq, vətənin dayaqlarını dağıdmaq, orda olan kasıb və savadsız camaatdan istifadə etmək, necə ki azğınlar onlardan istifadə edərək zəiflədən bir döyüşə apardılar. Bu hallar başqa yerlərdə də baş vermişdir. Məsələn, Əlcəzairdə, İraqda, Qəzzada və s. Xoşbəxt insan başqasından öyüd götürəndir.
Ey əzəmətli müsəlman toplumu! Danışanların sözü sizi aldatmasın. Dininizdən möhkəm yapışın! Qeybi bilən Rəbbinizə tövbə edin! Ey əzəmətli müsəlman toplumu! Həqiqətən İslam dini sizin boğazınızda bir əmanətdir. Əlinizdə olanı qoruyun ki, itənləri qazanasız. Bacara bildiyiniz şeydə paxıl olma! Allah səni müvəffəq edər və qoruyar, çünki O, Bağışlayan və Sevəndir!
Burda təfislatlı olan tərəzi təqvadır.

Sonda aləmlərin Rəbbi olan Allaha həmd olsun!
[1] əl-Buxari, Cihad fəsli, 87-88.
[2] Əhməd, 18144; Əbu Davud, 4608; İbn Məcə, 43. Albani səhih olduğunu bildirmişdir.
[3] əl-Buxari “Ədəbul-Mufrad” 29; Əbu Davud, 4902; ət-Tirmizi, 2511; İbn Macə, 4215. əl-Albani “Silsilətu-Əhədisis-Sahih”da (918) səhih olduğunu bildirmişdir.
[4] əl-Buxari, 123.
[5] ət-Tirmizi, 3926; İbn Məcə, 3709. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (5536) səhih olduğunu bildirmişdir.
[6] əl-Buxari, 1756, 1889.
[7] ət-Tirmizi, 2346, 2519. əl-Albani həsən olduğunu bildirmişdir.