Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun) vətənini tərk etmək istəməməsi
388 oxunma
English
Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyin başlanğıcında olan hadisələri Varaqa ibn Novfələ (Allah ondan razı olsun) danışdıqda, o demişdir: “Kaş dəvət edəcəyin vaxt mən gənc olaydım! Kaş qövmün səni (yurdundan) qovacağı zaman sağ olaydım!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) soruşdu: “Məgər onlar məni qovacaqlar?” Varaqa dedi: “Bəli! Sənin gətirdiyinin bənzərini gətirən (Allahın dinini təbliğ edən) elə bir kişi olmayıb ki, onunla düşmənçilik etməsinlər...”.[1]
Həmçinin İmam Əhməd “Musnəd” əsərində, İbn Məcə, İbn Hibban, əl-Hakim “Mustədrak” əsərində rəvayət edirlər ki, Abdullah ibn Əli ibn Həmra (Allah ondan razı olsun) deyir ki, Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun) Məkkədə miniyin üzərində belə dediyini eşitmişdir: “Allaha and olsun ki, sən mənə Allahın ən xeyirli yerisən! Mənə ən sevimli yersən! Əgər mən burdan qovulmasaydım, heç vaxt buradan çıxmazdım”.[2] İbn Məcənin (Allah ona rəhm etsin) rəvayətində isə buyurur: “Sən ey Məkkə! Sən Allaha və mənə ən sevimli yersən!”
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) xəstə adama (belə dua) oxuyurdu: “Allahın adı ilə! (Bu) bizim yerin torpağıdır, bəzilərimizin ağız suyu ilə qarışmışdır və xəstəmiz Rəbbimizin izni ilə sağalacaqdır[3]”.[4]
Uca Allah buyurur: “Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun rəsuluna kömək edirlər. Doğru olanlar da məhz onlardır” (əl-Həşr, 8).
Ənsarların əzəmətli dərəcələrinin olmasına baxmayaraq, Uca Allah mühacirləri önə çəkmiş və onları fəzilət sahibi etmişdir. Çünki onlar üçün baş verən şey ənsarlara üz verməmişdir. Bu da sevdiklərini, yaxınlarını, dostlarını Allah yolunda Muhəmməd peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) kömək etmək üçün vətənlərini tərk etmək, diyarlarından çıxmaq idi. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) bunu bəyan edərək mühacirlərin ənsarlardan daha üstün olmalarını qeyd edərək demişdir: “Bu mühacirlər Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun) kömək ilə hicrət etməyi cəm etmişdirlər”.[5]
Uca Allah vətəndən çıxarılmağı Allah və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) qarşı müharibə edənlərə, Ona qarşı düşmənçilik edənlərə, yer üzərində küfr və qətl ilə, insanların mallarını əllərindən almaqla, yolda insanları qorxuzmaqla fəsad edənlərə qarşı cəza növlərindən etmişdir. Vətəndən qovulmaq subay zinakara tətbiq olunan hədd cəzası kimidir.
Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı savaşanların və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, yaxud əllərinin və ayaqlarının çarpazvari kəsilməsi, ya da yaşadıqları yerdən sürgün edilmələridir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”. (əl-Maidə, 33).
Uca Allah Bəni Nadir qəbiləsinin[6] öz torpaqlarından çıxarılmasını bəyan etmişdir. Bu da əzab növlərindən bir növdür. Allah bunu dəyişiklik olmayan qədərdə hökm etmişdir. Əgər bu sürgün olmasaydı, onlara dünyada daha böyük əzab və başqa bir cəza olardı. Onlar üçün Axirətdəki əzab daha şiddətlidir.
Uca Allah buyurur: “Əgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada başqa əzab verərdi. Axirətdə isə onlar üçün od əzabı hazırlanmışdır“ (əl-Həşr, 3).
Həmçinin Uca Allah İbrahim (ona salam olsun) haqqında belə buyurmuşdur: “İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik” (Məryəm, 49).
[2] ət-Tirmizi, 3925; İbn Məcə, 3108. əl-Albani “Mişkətul-Məsabih” (2725) səhih olduğunu bildirmişdir.
[3] Transkripsiyası: Bismilləh! Turbətu ərdinə: bi ri:qati bə'dinə, yuşfə səqi:munə: bi izni Rabbinə
[4] əl-Buxari, 5304, 5745. İmam ən-Nəvəvi S bu hədisi şərh edərkən demişdir: “Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) ağznın suyunu şəhadət barmağına vurur, sonra torpağa batırıb ondan bir şey götürür, sonra isə kəsilən, xəstə olan, ağrıyan yerə qoyub bu sözü deyərdi. Bəzi alimlər bunu Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun) xas olduğunu demişlər. Lakin səhih olan bunun ümumi olmasıdır. Şəfa verən Uca Allahdır və istədiyi şeyi sağalmaq üçün səbəb edir”.

[1] əl-Buxari, 3.

[5] Məcmuul-Fətava, 3/152.
[6] Mədinədə olan yəhudi qəbiləsi olub.