Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa haqq ilah (məbud) yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
“Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün” (Ali-İmran, 102).
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir” (ən-Nisa, 1).
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar” (əl-Əhzab, 70-71).
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl bidətdir, hər bir bidət isə zəlalətdir. Zəlalət isə oddadır.
Uca Allah vətəni və vətənin qəlblərdəki yerini Öz Kitabında xatırladaraq belə buyurur: “Əgər onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!”– deyə əmr etsəydik, içərilərindən az bir qismi istisna olmaqla, bunu yerinə yetirməzdilər. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və sabitlik baxımından daha güclü olardı” (ən-Nisə, 66).
Uca Allah nəfsi (canı) öldürməyi və yaşanılan yerdən qovulmağı eyni tutmuşdur. Həmçinin, Uca Allah bildirmişdir ki, əgər Allah bəndələrinə məşəqqətli və nəfsə ağır olan əmrlər etsəydi, nəsi (canı) öldürmək və yaşanılan yerdən çıxmaq əmri edər, lakin bunu onlardan az bir qism yerinə yetirərdi. Sonra Uca Allah buyurur: “...Onlar dedilər: “Niyə Allah yolunda döyüşməyək ki, biz yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq?!” (əl-Bəqərə, 246). Daha sonra Uca Allah Bəni İsraildən rəy və söz əhlinin cəm olub cihad haqqında hökm etdiklərini xəbər verir. Onlar aralarındakı ixtilafa son qoymaq üçün tam itaətin hasil olması və heç bir sözə yer qalmamaqdan ötrü peyğəmbərlərindən bir rəhbər təyin etməsini tələb etdilər. Onların peyğəmbəri bu tələblərin əməlsiz bir söz olmasından qorxdu. Belə olduqda onlar peyğəmbərlərinə əzmli olaraq tam tabeçilik edəcəklərini bildirdilər. Ölüm onlar üçün təyin edilmişdi və bu da onların öz vətənlərinə qayıtmaq istəmələrinə səbəb idi.
Uca Allah vətəni sahiblərinə - orda yaşan camaata nisbət etmişdir: “Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur...” (əl-Həşr, 8); “Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar” (əl-Həcc, 40). Əgər insanlar öz ruzilərindən qane olsalar, vətənlərindən də razı olarlar. Heç bir bəndə öz ruzisindən şikayət etməz, çünki vətəndən qane olmaq ruzidən qane olmaqdan daha üstündür. Sən səhra ərəbini görürsən ki, o yaşıllığı necə də sevir, lakin yenə də öz səhra, kasıbçılıq, quru daşlar olan vətəni üçün darıxır. Həmçinin, susuz, abad olmayan bir yerdə yaşayan öz ölkəsindən daha yaxşı, daha mənzərəli, daha çox yaşıllıq olan yerə gedərsə, ordan istifadə edər, lakin yenə öz qərar tutduğu evi – vətəni üçün darıxar. Yaxşı insan, aslan meşə üçün darıxdığı kimi öz vətəni üçün darıxar. Bilal (Allah ondan razı olsun) müsəlmanları öz diyarlarından qovan insanlar üçün bəd dua etmiş və necə ki onlar müsəlmanları öz yurd-yuvalarından qovmuşdular, eləcə də Allah onları öz rəhmətindən qovsun. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) bunu eşidərkən, onu inkar etməmiş və dua etmişdir ki, Allah Mədinəni vətənləri kimi və daha artıq sevdirsin.
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Mədinəyə gəldikdə Əbu Bəkr və Bilal xəstələnmişdilər. Əbu Bəkrin qızdırması qalxanda deyərdi:
Hər kəs səhər oyanar ailəsində yuxudan,
Ölüm yaxın olar ona çəkməsinin bağından.
Bilalın da hər qızdırması azalanda səsini qaldırıb deyərdi:
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Allahım, bizi torpağımızdan çıxardıb vəba xəstəliyi olan torpağa qovan Şeybə ibn Rəbiəyə, Utbə ibn Rəbiəyə və Umeyyə ibn Xələfə lənət[5] et!” Sonra Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) (yenə dua edib) dedi: “Allahım, Məkkəni bizə sevdirdiyin kimi, yaxud bundan artıq bir sevgiylə Mədinəni də bizə sevdir...”.[6]

Nə olaydı biləydim bir gün qalacağammı?
Vadidə ətrafımda izxir[1], cəlil[2] olacaqmı?
Məcənnənin[3] sularına bir gün yetişəcəyəmmi?
Şama, Təfil[4] dağları gözümə görünəcəklərmi?
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Allahım, bizi torpağımızdan çıxardıb vəba xəstəliyi olan torpağa qovan Şeybə ibn Rəbiəyə, Utbə ibn Rəbiəyə və Umeyyə ibn Xələfə lənət[5] et!” Sonra Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) (yenə dua edib) dedi: “Allahım, Məkkəni bizə sevdirdiyin kimi, yaxud bundan artıq bir sevgiylə Mədinəni də bizə sevdir...”.[6]
[1] İzxir – ətirli qamış.
[2] Cəlil – nazik gövdəli ev bitkisi.
[3] Məcənnə – Məkkədən bir neçə mil aralıda yerləşən ərazi.
[4] Şama və Təfil – Məkkə yaxınlığında iki dağ.
[5] Lənət – rəhmətdən uzaqlaşdırmaq və qovulmaq deməkdir.
[6] əl-Buxari, 1756, 1889.