Mumeyyilər: “Hələbiçilik” (3-cü hissə)
1698 oxunma
Bundan öncəki iki məqaləmizdə (Mümeyyilər kimlərdir və ya ixvanlığın yeni siması 1-ci hissə, 2-ci hissə) sərhədlərin silinməsi fitnəsinin tərəfdarlarının – mumeyyilik fitnəsinin meydana gəlməsi və bu ideologiyanın Adnan Arur və Əbul-Həsən Məribinin başçılığı altında təkamülü barədə danışdıq.
English
Hələbiçiliyin qaydaları
“Geniş mənhəcə” çağırış (dəvət) və “Biz (şəxsləri) düzəltməli, lakin onları cərh etməməliyik” qaydası
Hələbi deyir: “And içilməsi caiz olan yeganə Allaha and olsun ki, Sələfi dəvətinin gənclərini, onun şeyxlərini və dəvətçilərini səbirli olan, islah və nəsihət edən bir kimsənin mövqeyi ətrafında birliyə çağırmaq, cərh edən, çəkindirən və zəlalətdə ittiham edənin ətrafında birliyə çağırmaqdan min dəfə yaxşıdır”. (Hələbinin “Fə Əyyu əl-Fəriqayni Əhəqqu bil-Əmni İn Kuntum Tə’ləmun Bələu ət-Təcrih Əm Livau ət-Təshih” adlı məqaləsindən).