Mumeyyilərin “Geniş mənhəc” prinsipi haqqında
Əbul-Həsən Məribi açıq şəkildə bəyan etdi ki, müxtəlif bidətçi firqələri Əhli-Sünnənin sıralarına daxil etmək üçün Əhli-Sünnə və bidətçilərin arasında mövcud olan sərhədləri silmək və genişləndirmək istəyir. O demişdir: “Biz, özündə həm Əhli-Sünnəni, həm də bütün ümməti birləşdirən böyük və geniş mənhəc istəyirik”.
Şeyx Rabi onun sözlərini şərh edərək demişdir: “Bu sözlərlə o, məşhur (ixvan) qaydasını nəzərdə tutur: “Ümumi məqsədlərimiz əsasında əməkdaşlıq edək və ixtilaf etdiyimiz məsələlərdə bir-birimizi bağışlayaq”. (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/ 80).
“(Bir şəxsin) ümumi sözlərini təfsilatlı sözlərinə əsasən açıqlamaq lazımdır”
Bu qayda, həqiqətən doğru bir İslam qaydasıdır, lakin bu qayda qeyd-şərtsiz olaraq yalnız Uca Allahın və Muhamməd Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sözlərinə münasibətdə istifadə olunur. Allahın və Onun Peyğəmbərinin (salləllahu aleyhi və səlləm) sözlərinə münasibətdə bu qaydanın doğruluğu onunla izah olunur ki, Allahın sözləri heç bir halda bir-birinə zidd ola bilməz. Odur ki, Uca Allahın aydın olmayan və ya ümumi sözlərini təfsilatlı sözlərə əsasən açıqlamaq lazımdır.