bidətçilərin üslubları

“Bizdən olmayanlar barədə ixtilafımızı, öz aramızda ixtilafa çevirməyək” qaydası

Hələbinin bu qaydası, ona məxsus “ilzəm (məcburiyyət) yoxdur” qaydasının məntiqi davamıdır. Onu və onun tərəfdarlarını, müxtəlif xəvaricləri, qutbiçilərı və digər bidətçiləri tövsiyyə edib müdafiəsinə qalxanları nəyəsə ilzəm (məcbur) etməyin mümkün olmadığını elan etdikdən sonra, Hələbi bu qaydanı uydurdu ki, sələfilər müxtəlif azmış şəxsiyyətləri israrla müdafiə etdiyinə görə onu qınamasınlar. Hələbi deyir: “Bizim (Əhli Sünnənin) – bidətçilər və bidətlərə düşmüş sünnilər sırasından – bizdən olmayanlarla bağlı məqbul ixtilafımızı öz aramızda (Əhli Sünnə arasında) ixtilafa çevirmək olmaz.

English

“İlzəm (məcburiyyət) yoxdur” qaydası

Digər sözlə desək: şəxsiyyətlərin halı ilə bağlı məsələlərdə elm əhlinin icma etməsi və ya qarşı tərəfin öz xətasını etiraf etməsi halları istisna olmaqla, kimisə hər hansı bir rəyi qəbul etməyə məcbur etmək olmaz.

English

“Dəqiqləşdirməyin vacibliyi” bəhanəsi ilə Sünnə alimlərinin çəkindirmələrini qəbul etməkdən boyun qaçırmaq

“Sərhədlərin silinməsi” ideologiyasının əksər tərəfdarları, alimlərin müxtəlif azmış şəxslər barədə çəkindirmələrini rədd etmək üçün “dəqiqləşdirməyin vaciblyi” (təsəbbut) prinsipi barədə danışmağı sevirlər. Onlardan hər biri bu prinsipi elə bidətçi nöqteyi-nəzərdən təqdim edir ki, heç kim onları müxtəlif azmış şəxsləri müdafiə və tövsiyyə etməkdən əl çəkməyə məcbur edə bilməsin.

English

Pages