bidətçilərin üslubları

"Bizim əməllər Peyğəmbərə ﷺ və möminlərə ərz olunur" şübhəsi - üçüncü hissə

Bidət əhlinin gətirmiş olduğu dəlillərdən biri də bu hədisdir: “Kim mənim qəbrimin yanında mənə salavat deyərsə, mən onu eşidərəm, kim uzaqdan deyər, səsi mənə çatdırırlar”. Bu hədis zəif və uydurma hədisdir.

Ölülər ümumi olaraq insanların danışıqlarını, çağırışlarını və dualarını eşitmirlər. Necə ki Allah buyurur: “Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah is­tə­di­yi­nə haqqı eşit­dirir. Sən isə qəbirlərdə olanlara eşit­di­rə bil­məzsən” (Fatir, 22).

English

Əməllər Peyğəmbərə ﷺ və möminlərə ərz olunur" şübhəsi - ikinci hissə

Səhabələr nə Muhəmməd Peyğəmbərin ﷺ qəbrinin yanına gedib ona olanları danışar, nə də onun öldükdən sonra qəbrindən bir şey istəyərdilər. Çünki bilirdilər ki, Peyğəmbər ﷺ hətta sağ olduğu vaxt qeybi bilməzdi və bu ayəni onlara oxuyar, namazlarını da bu ayələri oxuyar və gözəl şəkildə anlayaraq qılardılar.

“De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. (əl-Ənam, 50).

English

"Əməllər Peyğəmbərə ﷺ və möminlərə ərz olunur" şübhəsi - birinci hissə

Müxaliflər iddia edirlər ki, Peyğəmbər ﷺ qəbirdə bizi eşidir, əməllərimiz ona ərz olunur və kimin nə etdiyindən xəbərdardır.

Bu iddiaların bir neçə səbəbi var;

Bəziləri ayə və səhih hədisə istinad edirlər, lakin hədisi düzgün başa düşmədiklərinə görə bu yanlış əqidəyə düşürlər.

Bəziləri zəif, uydurma və əsli olmayan hədisləri dəlil gətirib azırlar. Bunların əsasən hədis elmindən anlayışı olmadıqlarına görə belə şeylər baş verir.

English

Pages