Təkfir

“...Allah Öz hökmünə heç kəsi şərik et­məz!” (əl-Kəhf, 26) ayəsi ilə gətirilən şübhə

Müxaliflər bu ayəni “...Allah Öz hökmünə heç kəsi şərik et­məz!” (əl-Kəhf, 26). dəlil gətirərək deyirlər ki, “Allahın hökmü ilə hökm etməyən bir kəs özününün qoyduğu hökmlərlə hökm etdiyinə görə artıq etdiyi hökmlərdə özünü Allaha şərik qoşmuşdur. Halbuki Uca Allah bu ayədə Öz hökmündə və mülkündə şəriksiz olduğunu bildirmişdir. Buna görə də həmin kəs küfr edərək və dindən çıxaraq kafir olar”.

English

“Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şə­riət qa­nunu edə bilən şərikləri vardır?!” (əş-Şura, 21) ayəsi ilə gətirilən şübhə

Müxaliflər bu ayəni: “Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şə­riət qa­nunu edə bilən şərikləri vardır?!” (əş-Şura, 21). Müxaliflər dəlil gətirərək deyirlər ki: “Allahın hökmü ilə hökm etməyən hakim Allahın qanunları kimi qanun qoyub hökm etmişdir. Bununla da kafir olmuşdur”.

English

“.. onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə [...] iman gətirmiş olmazlar" (ən-Nisa, 65) ayəsi ilə gətirilən şübhə

Müxaliflər bu ayəni şübhə olaraq gətirirlər: “Xeyr, sənin Rəbbinə and ol­sun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə, sonra da ver­di­yin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam şəkildə təslim ol­ma­yınca iman gə­tir­miş olmazlar” (ən-Nisa, 65). Onlar deyirlər ki, “Uca Allah bu ayədə iman vəsfini bütünlüklə Allahın hökmü ilə hökm etməyənlərin üzərindən götürmüşdür. Bu da küfr deməkdir”.

English

Pages