“...Allah Öz hökmünə heç kəsi şərik et­məz!” (əl-Kəhf, 26) ayəsi ilə gətirilən şübhə

English

Müxaliflər bu ayəni “...Allah Öz hökmünə heç kəsi şərik et­məz!” (əl-Kəhf, 26). dəlil gətirərək deyirlər ki, “Allahın hökmü ilə hökm etməyən bir kəs özününün qoyduğu hökmlərlə hökm etdiyinə görə artıq etdiyi hökmlərdə özünü Allaha şərik qoşmuşdur. Halbuki Uca Allah bu ayədə Öz hökmündə və mülkündə şəriksiz olduğunu bildirmişdir. Buna görə də həmin kəs küfr edərək və dindən çıxaraq kafir olar”.

Şübhəyə cavab: 

Cavab olaraq deyilir: Allahın hökmü ilə hökm etməyən hakim bütün hallarda Allaha şəriklik iddia etmiş sayılmaz. Bəzi hallar var ki, bu hallarda hakim təkfir edilməz və Allaha şərik qoşmuş sayılmaz. Əgər həmin hakim qoyduğu qanunları din adı ilə insanlara – Allahın dini olaraq təbliğ edərsə (əl-Mubəddil – dini dəyişən), həmin hakim küfr edər. Həmçinin Allahın hökmü ilə hökm verməməyi etiqad edərsə (əl-Mustəhil – halalı haram, haramı halal sayarsa), Allaha hökmlərində şərik qoşmuş sayılar. Yalnız bu iki halda bu ayənin hökmünə daxil olar. Digər hallarda bu ayənin hökmünə daxil olmaz.

Ayəni zahirinə görə götürüb hakimləri təkfir edən bütün insanları təkfir etməlidir. Bu isə batil bir şeydir. Əhli Sünnə val-Cəməanın zalım hakimin kafir olmamasında icması var.

İbn Abdul-Bərr (Allah ona rəhm etsin) demişdir: “Alimlər öz hökmündə zülm edən hakimin böyük günah sahibi olduğuna icma etmiş və onun kafir olmadığını demişlər”. (ət-Təmhid, 16/358).

Mövzular: