“Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edə bilən şərikləri vardır?!” (əş-Şura, 21) ayəsi ilə gətirilən şübhə
740 oxunma
English
Müxaliflər bu ayəni: “Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edə bilən şərikləri vardır?!” (əş-Şura, 21). Müxaliflər dəlil gətirərək deyirlər ki: “Allahın hökmü ilə hökm etməyən hakim Allahın qanunları kimi qanun qoyub hökm etmişdir. Bununla da kafir olmuşdur”.
Şübhəyə cavab:
Bu ayə yalnız dini tamamilə dəyişənlərə şamil edilmişdir, çünki bu ayə iki vəsfi özündə cəm edəni təkfir etmişdir. Birinci - hər hansısa bir hökmü qanun etmək. İkinci - onu şəriətə aid etmək, yəni dindən saymaq. Buna təbdil hökmü deyilir. Təbdil hökmü – bir kəsin Allahın hökmü ilə hökm etməyərək, bu hökmün Allahın hökmü olduğunu iddia etməsidir. Bu da böyük küfrdür və insanı dindən çıxarır. İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “İnsan üzərində icma edilmiş bir halalı haram, haramı halal, icma ilə şəriətdən olan bir şeyi dəyişdirərsə, alimlərin ittifaqı əsasında kafir və mürtəd olar. (əl-Fətava, 3/267). Bu ayəni bir kəsin küfr etməsinə və ya kafir olmasına dəlil gətirmək üçün həmin şəxsdə yuxarıdakı iki vəsf olmalıdır. Bu təbdil – dəyişdirmə küfrüdür.

Mövzular: