İçkinin haram olmaması haqda olan şübhələrə cavablar

English

Qurani-Kərimdə içkinin haram edilməməsi və yalnız namaz vaxtında içilməsinin qadağan edilməsi, digər vaxtlarda isə icazəli olmasını şübhə kimi yayırlar.

“Ey iman gətirənlər! Şüb­hə­siz ki, sərxoşedici içki də, qu­mar da, tapınmaq məqsədilə dik qo­yul­muş daşlar da, fal oxları da şey­tan əmə­lindən olan mur­dar şey­lərdir. Bunlardan çə­kinin ki, bəl­kə ni­cat tapa­sınız” (əl-Maidə, 90)

Sual: Nə üçün içkinin haram olması birbaşa deyilməmişdir?

“Leş, qan, donuz əti, Allah­dan baş­qa­sının adı ilə kəsil­miş, bo­ğul­muş, ağac, daş və s. bu kimi şeylərlə vurulub öldürül­müş, hün­dür bir yerdən yı­xı­lıb gə­bər­­miş, buy­nuzlanıb öl­­müş, yır­tıcı hey­van tə­rə­fin­dən parçala­nıb ye­yil­miş – öl­mə­miş kəsdikləriniz is­tisnadır – dik qoyulmuş daşlar (büt­­lər) üzə­rində kəsilmiş hey­van­lar və fal ox­ları ilə qismət ax­tar­manız sizə haram edildi. Bun­lar gü­nah­dır...” (əl-Maidə, 3). Nəyə görə bu ayə “sizə haram edildi”- deyərək başlamamışdır? Bu o deməkdirmi ki, Uca Allah gələcəkdə müsəlmanlar arasında kimisinin içki içəcəyini, kimisinin qumar oynayacağını bildiyi üçün haram etməyib?

Bəziləri bu ayədən özlərinin batil istəklərinə dəlil gətirmək üçün içkinin haram olmamasına dəlil gətirirlər. Allah burda pis əməl dedi, haram demədi.

Cavab: İslam düşmənləri öz çirkin niyyətlərini həyata keçirmək üçün belə şübhələr yayırlar. Bu düşmənçilik bizdə heç bir təəccüb doğurmamalıdır. Çünki Uca Allah buyurur: “...Ka­fir­­lər ba­carsalar, sizi dini­niz­dən dön­dərənə qədər si­zinlə vu­ruş­maq­dan əl çək­mə­yə­cəklər....” (əl-Bəqərə, 217).

Lakin bu məsələdə hökm birdir və mübahisə qəbul etməyən və qəti şəkildə haramlığı bilinən məsələdir. İçkinin haram olması şübhə qəbul etməyən açıq-aşkar bilinən məsələdir. Bunu inkar etmək küfrdür.

Birinci məsələ: Allahın Kitabında olan ayələr. Uca Allah buyurur:Ey iman gətirənlər! Şüb­hə­siz ki, sərxoşedici içki də, qu­mar da, tapınmaq məqsədilə dik qo­yul­muş daşlar da, fal oxları da şey­tan əmə­lindən olan mur­dar şey­lərdir. Bunlardan çə­kinin ki, bəl­kə ni­cat tapa­sınız. Həqiqətən, şeytan sər­xoş­edici içki və qumar vasitəsilə si­zin aranıza ədavət və kin sal­maq, sizi Allahı yad etməkdən və na­maz­dan ayırmaq istər. Artıq bu­nlara son qoyacaqsınızmı?” (əl-Maidə, 90-91).

Bu ayədə Uca Allah içki içməyi dikili qoyulan daşlarla – yəni, Allaha şərik qoşmaqla bərabər tutmuşdur. Başqa bir ayədə buyurur: “...Bun­lar gü­nah­dır” (əl-Maidə, 3). Səhabələr bunun sərxoşedici içki olması kimi başa düşmüşlər. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Sərxoşedici içki haram edilən zaman Peyğəmbərin - sallallahu aleyhi və səlləm - səhabələri bir-birilərinin evlərinə getdilər və: “Artıq içki haram edildi!”- dedilər”. (ət-Tabərani rəvayət etmişdir).

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - belə buyurur: “Əgər sərxoşedici içkiyə aludə olan bir şəxs ölərsə, Allaha bütlərə ibadət edən kimsə kimi qovuşar”. (Əhməd, 1/272. əl-Albani “Silsilə əs-Səhihə”də (677) həsən olduğunu bildirmişdir).

İkinci məsələ: Uca Allah Quran ayəsində içki ilə bərabər yad edilənlərin hamısını “rics” – “murdar” adlandırmışdır. “Rics” – murdar kəlməsi Quranda yalnız bütlərə və donuz ətinə deyilmişdir. İçkinin onlarla bərabər murdar adlandırılması içkidən şiddətli dərəcədə çəkindirilməsinə və içkinin haram olmasına bir dəlildir.

Üçüncü məsələ: Bu murdar şeyləri qeyd etdikdən sonra Uca Allahın “bunlardan çəkinin” deməsidir. Bütlərdən və onlardan uzaqdan durulması kəlməsi ilə birlikdə qeyd edilmişdir. Uca Allah Qurani-Kərimdə bütlərə ibadətdən və böyük günahlardan çəkindirdiyi zaman “ictinəb” - “çəkinin, uzaq durun” sözünü işlətmişdir. “Elə isə mur­dar büt­lərdən uzaq olun, yalan söz­­lər­dən də çəkinin...” (əl-Həcc, 30); “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi gön­dərdik” (ən-Nəhl, 36); “Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müj­də var­dır...” (əz-Zumər, 17). Həmçinin, “ictinəb” – “çəkinin” sözü böyük günahlardan çəkinmək üçün istifadə edilmişdir: “Sizə qadağan olunmuş bö­yük gü­nahlardan çəkin­sə­niz, Biz sizin kiçik günahlarınızdan keçər və si­zi şərəfli bir yerə – Cən­nətə da­xil edərik” (ən-Nisa, 31); “Onlar kiçik günahlar is­tis­na ol­maq­la, böyük günah­lar­dan və iy­rənc əməl­lərdən çəki­nir­lər” (ən-Nəcm, 32). “İctinəb” – “çəkinin” kəlməsinin içki haqda işlədilməsinin bu əməlin böyük günah olduğuna dəlildir.

Dördüncü məsələ: Uca Allah xilas olmağı bu əməllərdən çəkinməklə mümkün olduğunu qeyd etmişdir. Bu ayənin sonunda “Bunlardan çə­kinin ki, bəl­kə ni­cat tapa­sınız” (əl-Maidə, 90) deməsi, içki içməyin də haram olmasının dəlillərindəndir.

Beşinci məsələ: Allah içkinin heç bir halda yaxşı şey olmadığını və onun müsəlmanlar arasında düşmənçiliyə gətirdiyini qeyd etmişdir. Uca Allah belə buyurur: “Həqiqətən, şeytan sər­xoş­edici içki və qumar vasitəsilə si­zin aranıza ədavət və kin sal­maq, sizi Allahı yad etməkdən və na­maz­dan ayırmaq istər. Artıq bu­nlara son qoyacaqsınızmı?” (əl-Maidə, 91).

Altıncı məsələ: “...Artıq bu­nlara son qoyacaqsınızmı?” (əl-Maidə, 91). Haramlığı bütlərlə bir yerdə zikr edilən əməli tərk edəcəksinizmi?! Səhabələr də bu ayə nazil olanda “Biz artıq bu əməli tərk etdik!” demişdilər. İçkinin icazəli olmasını iddia edənlər də cahil olduqlarına və ərəb dilini bilmədiklərinə görə bu şübhələrə düşmüşlər. Onlar elə zənn etmişlər ki, qadağan olunan şeylər yalnız haram sözü qeyd edilən şeylərdir.

Bir şeyin lənətlə yad olunması, Cəhənnəm əzabına layiq görülməsi, murdar olanların yanında zikr edilməsi o əməlin böyük günah olmasına dəlalət edir.

İçkinin haram sözü ilə gəlməsi də Qurani-Kərimdə mövcuddur. Belə ki, Uca Allah buyurur: “De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməl­ləri, hər cür günahı, haq­sız­casına zülm etməyi, Alla­hın, haq­qın­da heç bir dəlil nazil et­mə­diyi bir şeyi Ona şərik qoş­mağınızı və bilmədiyiniz şey­ləri Allahın əley­hinə söylə­mə­yinizi haram bu­yur­muşdur”. (əl-Əraf, 33). Burda olan hər cür günah haramdır.

Başqa bir ayədə buyurur: “Səndən sərxoşedici içki və qu­mar barəsində soru­şur­lar. De: “İkisində də, həm böyük günah, həm də insanlar üçün mənfəət var­dır. Amma günah­ları mən­fə­ətlə­rindən daha bö­yük­dür”...” (əl-Bəqərə, 219). Uca Allah isərxoşedici çkidə böyük günah olmasını deyir. Bunun açıq-aşkar günah olması göstərilir.

Sünnədə isə bunun dəlilləri olduqdca çoxdur.

Pey­ğəm­bər - sallallahu aleyhi və səlləm - buyur­du: “Sərxoşediçi hər bir şey haramdır”. (əl-Buxari, 4343, 5585).

İbn Abbas (Allah ondan razı olsun) deyir ki, Allah Elçisini - ona Allahın salavatı və salamı olsun - belə buyurarkən eşitdim: “Cəbrail yanıma gəlib buyurdu: “Ey Muhəmməd! Həqiqətən, Uca Allah sərxoşedici içkiyə, onu düzəldənə və düzəltdirənə, onu içənə, onu daşıyana və daşıtdırana, onu satana və alana, onu süzənə və süzdürənə lənət etmişdir”. (Əhməd, 2899; əl-Hakim, 223; İbn Hibban, 5356. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (839) səhih olduğunu bildirmişdir.)