Həddadilik haqda

English

Mahmud əl-Həddad Misir əsilli olub Səudiyyə Ərəbistanına köçdükdən sonra öz bidətini yayan bir insan olmuşdur. O, bidətlər yaymış və öz ətrafına özü kimi zəlalət əhlini toplamışdır. Həddadilərin bəzi əlamətlərini qısa olaraq qeyd edək: 

1. Kim bidət sözü söyləmiş və ya bidət əməl etmişsə, bidətçi adlandırırlar. Onlar bir növ xavariclərin bidətinə oxşamışlar. Belə ki, xavariclərə görə küfr söz deyən və ya əməl edən qeyd şətsiz kafir olur. Həddadilərə görə də bidət edən qeyd şərtsiz bidətçi olur və onu Əhli Sünnədən çıxarırlar.

2. Bidət olmayan bir şeyə görə insanı bidətdə ittiham edərək, onu sələf dairəsindən çıxarmaq. Onlara müxalif olan bütün adamları bidətçi adlandırırlar. 

Məsələn, tövhiddə cahilliyin üzrlü olmasını deyənə murciə deyirlər. Həmçinin, vacibliyinə inanaraq namaz qılmayanın kafir olmadığını deyənə də murciə deyirlər; Allahın hökmü ilə hökm etməyən rəhbəri kafir saymayanın Əhli Sünnə val-Cəməanın yolundan çıxdığını deyirlər və s. Şeyx Albani, Şeyx Rabi, Əhməd ən-Nəcmi, Zeyd ibn Mədxəli kimi böyük alimləri bidətçi adlandırmışlar.

3. Bəzi bidətə düşmüş, lakin üzrlü səbəblərə görə bidətçi deyilməyən Əhli Sünnə imamlarını bidətçi adlandırmaq, Əhli Sünnə val-Cəməa dairəsindən çıxarmaq. Məsələn, İbn Həcər, İmam ən-Nəvəvi, ət-Tahavi və Şovkani (Allah onlara rəhm etsin) kimi. 

4. Xavariclərə, ixvanlara, sururilərə və s. mülayimlik göstərirlər. Amma Əhli Sünnəyə qarşı çox şiddətli və qəzəbli olar, onlara qarş rəhmli olmazlar. Əhli Sünnədən olanlar xəta etdikləri zaman onlara qarşı sərt olarlar. Rafizilərə, xavariclərə rəddiyyə yazmayanlar, Əhli Sünnə alimlərinə qarş yüzlərlə səhifəlik rəddiyyələr yazmışlar. 

5. Yazarları bilinməyən adamlardır.

6. Əhli Sünnənin "Məsalih val-Məfasid" - "Nə zaman, harada nəyi etməli, nə zaman zərərli, nə zaman faydalı olacağı" qaydasına riayət etməz, bu qaydanı rədd edərlər, çünki şiddət əhlidirlər, sərtdirlər.

7. Rafizilərin Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) arxasında gizləndikləri kimi bəzi alimlərin arxasında gizlənirlər. Həqiqətdə isə heç bir alimə dəyər verməzlər.

8. Elm tələbələrini, həmçinin alimlərin təriflədiyi elm tələbələrini saymazlar. Böyük alimlərin adlarını deyərək azğınlıqlarını yaymaq istəyərlər. Məqsədləri böyük alimlərin fətvalarını öz başa düşdükləri kimi istəklərinə uyğun fırlatmaqdır.

9. Onlar Əhli Sünnənin qədim alimlərinin sözlərində hədlərini aşmış, Kitab və Sünnəni tərk etmişlər. Onlara desən ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - belə deyir, onlar deərlər ki, Əvzai belə deyir. Tabiinin və ya qədim bir alimin sözünü götürər, fikir verməzlər ki, Quran və Sünnəyə uyğundur, ya yox. Ümumilikdə isə Əhli Sünnə alimlərinin əsərlərini öz nəfslərinə uyğun yozarlar.

10. Onların fikirlərinə uyğun olmayanla əlaqələri kəsər və başqa insanlara onu pisləyərlər.

11. Müasir alimləri - İbn Bəzin, Useyminin kitablarına deyil, qədim alimlərin əl-Lələkainin, İmam Əhmədin və s. kitablarına nəzər yetirməyi yayar və bunu bir sədd kimi istifadə edərlər. Müasir alimlərə hörmət etməzlər.

12. Onlar üçün bidətə düşənin fərqi yoxdur. Belə ki, onlarda Allahdan həmin şəxs üçün rəhmət dilənilməsinin rafizi, sufi, qədəri, cəhmi ilə Əhli Sünnədən olan bidətə düşmüş bir alim arasında fərq yoxdur.

13. Onlar deyirlər ki, "alimlərdən kim hətta bir dənə bidətə düşmüşsə, onlardan dünyalarını dəyişənlərinə rəhmət diləmək - Allah ona rəhm etsin demək olmaz və belə alimlərin kitabları yandırılmalıdır". Necə ki, Hafiz İbn əl-Həcərin (Allah ona rəhm etsin) kitablarını yandırmışlar.

14. Onlar Muhəmməd ibn Həddada münasibətdə hədləri aşmış və elmdə böyük bir dağ kimi alim olduğunu demişlər. Bununla da, qəsdləri müasir alimlərin aşağılamaları və vurulmaları nəzərdə tutulmuşdur.

Həddadilərin ən əsas işləri cahilliyin üzr olmamasını iddia etmək, namaz qılmayanı təkfir etmək və s. Bu şeylərdə onlarla fikir ayrılığı edənləri isə ən azı bidətçi qismində görərlər.