Gizli ixvanları necə tanımaq olar?

English

İxvanların müəyyən xüsusiyyətləri var ki, bu xüsusiyyətlərlə onları tanımaq olar:

1. Onlar əqidə məsələlərinə xüsusən də rəhbərləri dinləmək və onlara itaət məslələrində diqqət etmirlər. Onların arasında elələri də var ki, bu məsələyə diqqət yetirsə də, rəhbərlərə qarşı çıxanları pisləmir, hətta belə fikirdə olanları tərifləyir və ya onun haqqında susurlar.

2. Onlar insanları doğru yolda tanınan alimlərə İbn Bəzz, İbn əl-Useymin, əl-Albaniyə (Allah onlara rəhm etsin) deyil, ixvanlıqla tanınan və ya ixvanları tərif edən, və ya ən azından onlara qarşı susanlarla, onlara qarşı danışmayanlarla bağlamağa çalışırlar.

3. Onlar insanları siyasətə cəlb edir və tövhid məsələlərinə yumşaq yanaşırlar.

4. Onlar fitnəkarlara və bidətçilərə yaxın olmamaq kimi İslam əsaslarını dağıdırlar. Bunu edirlər ki, sayları çox olsun və lazım olanda onlardan istifadə etsinlər.

5. Onlar İxvanul-Musliminin öndə gedənlərini tərif edir, bu şəxslərə rədd verənlərdən isə çəkindirirlər. 

6. Onları dinləyicinin hisslərindən istifadə edir və əsasən də bunun üzərində çalışırlar. Halbuki, insanları Quran və Sünnəyə çağırmalı idilər.  

7. Ümmətə aid təhlükəli məsələlərdə ümumi sözlərdən istifadə edir, pisliyi pisliklə dəf etməyə, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) kömək etmək üçün cihada, şəriətin heç bir qaydasına fikir vermədən zəif olanlara kömək etməyə çağırırlar.

8. Onlar rəhbərlərin səhvlərini böyüdür və ya səhvlər uydururlar, bununla yanaşı ixvanların və inqilabçıların səhvlərini gizlədirlər.

9. Onlar insanlar qarşısında rəhbərlərə nəsihət edir və başqalarını da bu işdə israrlı olmağa çağırırlar.

10. Onlar dövlətin yaxşı tərəflərini gizlədir və ya bunları mənfi cəhət kimi göstərirlər. Həmçinin, ixvan liderlərini mədh edərək onların şənini qaldırırlar.

11.  İki əsasa – eşitmək və itaət etmək, haqqdan azanları rədd etmək - əsaslarına tabe olanları və bu əsaslardan tutunanları “cəmilər” adlandırır, insanları bu iki əsasdan tutunmaqdan çəkindirir və bu iki əsasdan qorxmaları üçün təbliğat aparırlar.

12. Buqələmunluq – öz məqsədlərinə nail olmaq üçün müxtəlif yöndən partiyaları və ya öz firqələrinin müvəffəqiyyət qazanması üçün vaxtaşırı mövqe dəyişikliyi nümayiş etdirirlər.