Şəxslərlə imtahan etmək Əhli-Sünnə vəl-Cəməanın mənhəcindəndir

English

İmam Əbu Cəfər ibn Harun (Allah ona rəhm etsin) demişdir: “İmam Əhməd ibn Hənbəli pisləyən kimsəyə rast gəlsən, bil ki o, zəlalətdə olan bidət əhlindəndir”. (Cərhu vət-Təadil, 308).

İmam Əbu Hatim (Allah ona rəhm etsin) demişdi: “Əbu Zuraya nifrət edən kimsəyə rast gəlsən, bil ki o, bidət əhlindəndir”. ("Tarix əl-Bağdad” 10/ 329).

İmam Əbu Zura (Allah ona rəhm etsin) isə demişdir: “Sufyan əs-Saurini pisləyən kufəliyə rast gəlsən, şəkk etmə ki, o rafizidir. Məkhul və əl-Auzaini pisləyən Şam əhlinə rast gəlsən, şəkk etmə ki, o nəsibilərdəndir. Abdullah ibn əl-Mubarakı pisləyən xorasanlı görsən, şəkk etmə ki, o mürciyədir. Bil ki, bu firqələr birlikdə Əhməd ibn Hənbələ nifrət edir”. (“Təbəqət əl-Hənəbilə” 1/ 199).

İmam Nuaym ibn Həmməd (Allah ona rəhm etsin) demişdir: “İmam Əhmədi pisləyən iraqlıya rast gəlsən, bil ki, onun dinində naqislik var. Vahb ibn Cəriri pisləyən bəsrəliyə rast gəlsən, bil ki, onun dinində naqislik var. İshaq ibn Rahaveyhi pisləyən xorasanlıya rast gəlsən, bil ki, onun dinində naqislik var”. (“Tarix əl-Bağdad” 10/ 348).

İmam Əbu Hatim (Allah ona rəhm etsin) demişdir: “İmam Əhmədi sevən kimsəyə rast gəlsən, bil ki, o sünnə əhlindəndir”. (“əs-Siyər” 11/ 197).

Quteybə ibn Səid (Allah ona rəhm etsin) demişdir: “Yəhya ibn Səid əl-Qəttan, Abdur-Rahmən ibn Mehdi, Əhməd ibn Hənbəl, İshaq ibn Rahaveyhi və onlara bənzər hədis əhlini sevən insana rast gəlsən, bil ki o, Sünnə üzərindədir! Onlara müxalif olan isə bidət əhlindəndir”. (“Şərəfu Əshəbil-Hədis” 71).