Tabe olduğu şəxs xəta edərsə, təqlid edən şəxs günah qazanır

English

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: "Kim araşdırmadan öz havasına tabe olaraq hər hansı bir şəxsi təqlid edər, elmi olmadan sanki "haqq həmin şəxs ilədir" deyə ona əli və dili ilə yardım edərsə, bu şəxs cahillərdəndir. Əgər həqiqətən də tabe olduğu şəxs düzgün olsa belə həmin şəxsin bu əməli (yəni təqlidi) saleh əməl deyil. Həmçinin, əgər tabe olduğu şəxs xəta edərsə, onda həmin kəs (yəni təqlid edən) günah qazanır.

Şeyx Rabi əl-Mədxali (Allah onu qorusun) şeyxin bu sözünü şərh edərək buyurur: "Yəni, tabe olduğu şəxs haqq üzərində olsa belə, onun hüccətsiz, dəlilsiz "bu filankəsdir" deyə tabe olması günahdır. Hətta, tabe olduğu şəxs haqq üzərində olsa belə, insana Allah üçün maraqlanması, haqqı axtarması, onun əhlinə tabe olması, bu haqqa və onun əhlinə kömək etməsi vacibdir. Mömindən tələb olunan budur. Artıq bu əsrdə fitnə və bədbəxtçilik ilə dolu olan firqəçilik və hizbiçilik hər yana yayılıb. Bu isə ümmət üçün, onların dünyaları və dinləri üçün çox təhlükəli bir işdir". (Şeyx Rabi əl-Mədxali "əl-Məcmu" 1/ 431).