Şirk edən imamın arxasında namaz qılmaq olar?

Sual: 
Assalamu aleykum va rahmatullah şirk edən imamın arxasında namazı imam cahil olsa belə tərk etmək yaxşıdı? yoxsa qılmaq lazımdı? bu barədə sələf alimləri nə deyir?
Cavab: 

Va aleykumus-Sələm va rahmaullahi va bərakətu. Şəkk yoxdur ki, böyük şirk insanı dindən çıxaran əməldir. Lakin hər hansısa bir müsəlmanda böyük şirk baş verərsə, hətta təkfirin bütün şərtləri cəm olmayınca, maneələr aradan qalxmadıqca onu təkfir etmək olmaz. Təkfirin maneələri aradan qalxıb, şərtləri cəm olduqdan sonra ona elm əhli tərəfindən hüccət qaldırılmadıqca onu təkfir etmək olmaz. Əgər bu şeylər baş verməyibsə, əsl olan müsəlmanın İslamıdır. Nə qədər ki, hüccət qaldırılmayıb və təkfir olunmayıb, onun arxasında namaz qılmaq icazəlidir. Əgər həmin yerdə başqa məscid yoxdursa, başqa məscid və bu münkərləri etməyən imam varsa, onun arxasında namaz qılmaq vacibdir.

İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: “Kim ki, özünü İslama nisbət edərsə və İslam ölkəsində yaşayarsa, lakin etdiyi küfrü cahilliyindən edərsə, biz onunla müsəlman müamiləsi edirik (müsəlman kimi davranırıq). Çünki o, küfr etsə də İslama nisbət olunur və etdiyi küfrü də, fasiqliyi də cahilliyindən edir”. (“Şərh Qavaidul-Muslə” səh. 364).

İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: “Bir müsəlman qəbirə ibadət edən bir qövmün içərisində yaşayırsa, bu əməlin haram olduğunu bilmirsə və cahilliyindən bu əməlin şəriətlə icazəli olduğuna etiqad edirsə, buna kafir hökmü vermirik. Çünki o, müsəlmandır və bu əməlin dində icazəli olduğuna etiqad edir”. (“Şərh Qavaidul-Muslə” səh. 365).

Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: “Bir kimsəni müşrik, kafir və ya lənətlənmiş adlandırmaq icazəli deyildir. Hətta həmin insan bu əməlləri (şirk, küfr və s.) etsə belə, çünki bu məsələlərdəki hökmün öz şərtləri və maneələri vardır. Biz sələmçiliklə məşğul olan kimsənin lənətlənmiş olduğunu söyləmirik. Çünki, onun üzərinə lənətin düşməsinə mane olan bir şeyin mövcud ola bilməsi mümkündür. Məsələn, cahillik və ya şübhə. Bu, şirkə də aiddir. Biz şirk edən müəyyən bir insanı müşrik adlandırmırıq. Çünki, onun (yaşadığı) ərazidə olan alimlərin səhlənkarlığı ucbatından ona dəlillərin çatmaması mümkündür. Ölülərə dua edərək bir şeylər istəmək şirkdir. Lakin, bu əməli edən konkret bir insanı – ona hüccət çatdırılması bizə aydın olmayana qədər – müşrik adlandırmaq icazəli deyildir”. (“Qoulul-Mufid şərh Kitəbut-Təuhid” 29-30).

Allah daha doğru bilir

Mövzular: