Rəddiyyədən öncə nəsihət şərt deyil - Şeyx əl-Albani

English

Şeyx əl-Albaniyə (Allah ona rəhm etsin) sual verirlər: Bəziləri rəddiyyəni çap etməmişdən öncə bir nüsxəsini rədd etdiyin kəsə göndərməyi şərt görürlər ki, o da görsün və deyirlər ki, sələf mənhəci budur.

Şeyx cavabında buyurur: "Bu, şərt deyil! Lakin, əgər buna imkan varsa və bu üslub səbəbilə həmin (müxalif olan) rədd verilən əməli heç kimə tanıtdırmamaqla yaxınlaşma umulursa, onda şəkk yoxdur ki, bu yaxşı bir işdir. Amma birinci növbədə bu əməli şərt qoymaq, sonra isə ikinci olaraq bunu ümumi (hər şeyə aid) bir şərt etməyimiz lazımdır. Mütləq olaraq bunda hikmətdən heç bir şey yoxdur!...(Burada şeyx məsəl çəkir). Əgər öz görüşündə bilsən ki, kimsə mənhəcdə bizimlə eyni xətt üzrədir və nəsihəti də qəbul edir, onda ən azından xətasını ortaya çıxarmadan ona yazmağın yaxşı bir şey olar. LAKİN BU ŞƏRT DEYİLDİR!

Əgər birdən buna şərt desək də belə, bu, güc çatmayan bir işdir. Onun ünvanını haradan tapıb onunla yazışacaqsan?! Sonra da ki, ondan sənə cavab gələcək, ya gəlməyəcək?! Bütün bu şeylərin hamısı dəqiq bilinməyən şeylərdir. Bu şərti həyata keçirmək çox çətindir, buna görə də BU, ŞƏRT OLARAQ GÖTÜRÜLMÜR". ("əl-Muvazənə fin-Nəqd" adlı kasetin birinci tərəfi. "Silsilə Hudə vən-Nur" 638).