Qədərilər haqqında

English

Qədərilər İslama nisbət olunan firqədir. Qədərilər qədərə nisbət olunur ki, bu da Allahın var olan hər şeyi elmi və hikməti ilə təqdir etməsi deməkdir. Qədərə iman imanın rükunlarından biridir. Bu barədə Abdullah ibn Ömər (Allah ondan razı olsun) belə buyurur: "Onlardan biri Uhud dağı qədər qızılı sədəqə versə, qədərə iman gətirmədikcə, Allah ondan qəbul etməz". (Muslim, 8).

Qədərilər insanın öz əməllərinin yaradıcısı olmasına və Allahın istəyi olmadan öz əməllərini etməsini etiqad edirlər. Bu firqənin başçısı Bəsrədən olan və səhabələrin son dövründə yaşayan Məbəd əl-Cuhənidir. Xəlifə Abdul-Məlikin əmri ilə hicrətin 80-ci ilindədə çarmıxa çəkilmişdir. Məbəd ibn Xalid əl-Cuhəni Allahın əzəldən yazdığı qədəri inkar etməklə dinə yenilik gətir­miş, beləliklə də, haqq yolda olan möminlərə müxalif olmuşdur. Bundan sonra “qədəri­lər” firqəsi meyda­na gəlmişdir. On­lar hər şeyin müqəddə­ratının Allah tərəfindən əzəldən müəy­yən edildiyini inkar etmiş və Allahın gələcəkdə baş verəcək hadisələrdən xəbərsiz olduğunu iddia etmişlər. Pey­ğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Bu ümmətin məcusiləri Allahın qədərini inkar edən kəslərdir. Əgər xəstələn­sələr, onlara baş çəkməyin, ölsələr, onların dəfnində iştirak etməyin” (Əbu Davud, 4691). Onlar ona görə bu ümmətin məcusiləri adlanıblar ki, onlarda məcusilər kimi xeyri yaradanın Allahın olduğunu, şəri yaradanın isə İblis olduğunu iddia edirlər. Onun tələbəsi Ceylan ibn Dəməşqi də Xəlifə Hişamın əmri ilə əl və ayaqları kəsiləndən sonra çarmıxa çəkilmişdir. Bütün bu etiqadları xristianlıqdan alınmışdır, çünki onların özləri də əslən ərəb olmamışlar.

Səhabələrdən kim bu sözü eşidibsə, ondan bəri uzaq olduğunu demişdir. Onlardan Abdullah İbn Ömər, Əbu Hureyra, Abdullah ibn Abbas, Ənəs İbn Məlik, Uqbə İbn Amir və başqalarını qeyd etmək olar. Alimlərin əkəriyyəti onlara "Qədərilər" adını vermişlər.