Deyirlər ki, cərh etmək olmaz...

Sual: 
Əssələmu aleykum qardaş bəzi elm əhli olanlar deyirlərki cərh etmək olmaz. Və bununla bərabər özləri bəzi insanlara sufi və yaxudda həddadi deyirlər bunların dedikləri cərh deyilmi?
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. Cərh və Tədili inkar edənlər, Mötəzilələr, onların yolunda olanlar və digər bidət əhlidir. Cərh və Tədil Əhli-Sünnə vəl Cəmaanın elmidir və bunu inkar edənlər, xüsusən də müasir əsrdə bunu inkar edənlər, özlərini və yaxud da müəyyən bidətçi kəsləri müdafiə etmək üçün bu qaydanı gətiriblər. Cərh və Tədil elmi Kitaba və Sünnəyə dayanan bir elmdir, Qiyamətə qədər də bu elm olacaqdır. Qaldı ki, kiməsə sufi və ya həddadi demək özü elə onu cərh etməkdir. Əgər bu sözlər səbəbsiz yerədirsə, bu Cərh batildir. Yox əgər bilərəkdən düşmənçilik etməkdirsə, Cərh batil olmasıyla yanaşı, Cərh sahibi də günah daşıyır və tövbə edib halallıq almalıdır.