"İcma ilk üç əsrin icmasıdır" sözü doğrudurmu?

Sual: 
Assalamu aleykum va rahmatullah qardaş icma yalnız sələfi salehin dövründəki icma qəbul edilir.Bu üç əsrdən sonrakı gələn əsrlərdə müsəlmanlar dünyanın hər tərəfinə yayıldılar deyə icmanın olmasını bilmək mümkün deyil deyə icma qəbul edilmir necəki İbn Teymiyyə əqidatul vasitiyya kitabında qeyd edir. Bu doğrudur ?
Cavab: 

Va aleykumus-Sələm va rahmatullahi va bərakətu. Bəli İcma əvvəlki üç əsrin icması sayılır. Uca Allah buyurur: "Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir". (ən-Nisə,115).
Bu ayədəki “Möminlərin yolundan başqa bir yolla“ - İmam Şafinin (Allah ona rəhm etsin) dediyi kimi - Səhabələrin icması qəsd olunur.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Ən xeyirli insanlar mənim əsrimdə yaşayanlardır, sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlər". (əl-Buxarı, 2652). Bu hədisdə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) əvvəlki üç nəslə işarə edir. Şeyxul-İslam İbn Teymiyyənin (Allah ona rəhm etsin) dediyi kimi: "İcma əvvəlki üç nəslin icmasıdır". (Fətava 11\ 341).

Amma məsələdə ixtilaf var. Bəzi üsul alimlərinə görə isə "icma Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) ümmətindən olan müctəhidlərinin hər hansı bir zamanda hər hansısa bir məsələ üzərində İcma etməsidir". Səhih rəy Şeyxul-İslam İbn Teymiyyənin (Allah ona rəhm etsin) dediyi birinci rəydir ki,İ cma əvvəlki üç əsrin icmasıdır.