Hafiz ən-Nəvəvi və İbn Həcəri indiki bəzi bidətçilərlə eyni tutmaq barədə

English

Bu iki sinif arasını eyni tutmaq və ya müqayisə etmək olmaz, çünki Hafiz ən-Nəvəvi və Hafiz İbn Həcər (Allah onlara rəhm etsin) kimi alimlərə hüccət qaldıran olmadığına görə onlar düşdükləri bəzi bidətlərdə üzürlüdürlər. Bu üzrlərdən:

- Onların usulları sələfi usulları idi, bu usulları da öz kitablarında bəyan etmişlər, lakin bəzi yerlərdə ayaqları sürüşüb, batilə düşmüşlər;

- Onların vaxtlarında Əşarilik çox şiddətli bir şəkildə yayılmışdır;

- Belə zənn etmişlər ki, Əbul-Həsən əl-Əşari bu təvil etiqadını tövbəsindən sonra demişdir;

- Bu səbəbə görə də bəzi məsələləri xəta olaraq təvil etmişlər, alimlər də sonralar bütün bunları bəyan edib, hətta müstəqil kitablar da yazıblar. Bunun səbəbilə də artıq onların xətalarından təsirlənmək qorxusu yox olmuşdur;

- Onlar haqqa çatmaq və ona əməl etmək üçün bütün güclərini sərf etmişlər, lakin ictihad səbəbilə bu təvillərə düşmüşlər;

- Həmçinin, onlar Kitaba və Sünnəyə müxalifliyi qəsd etməmişlər, düşdükləri o xətalar ictihad səbəbi ilə olmuşdur; 

- Ən başlıca səbəb isə onlara öz dövrünün alimlərindən heç kəs hüccət qaldırmamış, haqqı onlara bəyan etməmişdir. Əgər kimsə onlara hüccət qaldırsaydı və sonra da onlar Allahın sifətlərini təvil etməkdə inad və təkəbbürlük edərək öz istədikləri kimi davransaydılar, onlar da başqa bidət əhlinə aid ediləcəkdilər.

(Şeyx Abdul-Həmid əl-Hidabi "Təhzirus-Sələfi min Mənhəcil-Mumeyyiil-Xaləfi" kitabından, səh.340).

"Bidət əhlinə qarşı səhlənkar olan xələfi mənhəcdən sələfiləri çəkindirmək" kitabı