Cərh və tədil fitnədirmi?

Sual: 
Əs sələmu aleykum qardaş bəzi elmli qardaşlar deyrki cərh və tədil fitnədir bu düzdür?
Cavab: 

Və aleykumus-Sələm va rahmətullah. 

Ən birinci bunu bilmək lazımdır ki, cərh və tədil Əlhi-Sünnənin usul qaydalarından biridir. Tarix boyu bu elmi və onun əhkamlarını yalnız bidət əhli inkar edib və xoş görməyiblər, bu elmə görə narahat olublar; misal olaraq mötəzilələr kimi. Çünki onlar bilirdilər ki, cərh (yəni tənqid) sünnəyə müxalif olan bidət əhlinə və həmçinin də hədis elmində yararlı olmayan ravilərə, tədil (yəni tərif) isə sünnə əhlinə və həmçinin də hədis elmində yararlı ravilərə aiddir. Necə ki, Şeyx Abdus-Sələm Bərcis (Allah ona rəhm etsin) "Sələflərə görə cərh və tədil" kitabında deyir: "Cərh bidət əhlinə, tədil isə sünnə əhlinədir. Əgər cərh və tədil elmi olmasaydı qədimdə də, indidə də bidət əhli sünnə əhlindən seçilməz, elmin xəstəsi sağlamından ayırd edilməzdi". İmam Əhmədə (Allah ona rəhm etsin) sual verirlər: "Sənə görə namaz qılıb, oruc tutub, etikaf edən fəzilətlidir, yoxsa bidət əhlindən danışan?" İmam cavab verir: "Onun oruc tutub, namaz qılıb, etikaf etməsi özü üçündür, amma bidət əhlindən danışması müsəlmanlar üçündür, bu daha əfzəldir". (Məcmuul-Fətəva, 28/ 231).

İkinci olaraq bu bilinməlidir ki, bu elmdir və elmsizlərin bura girərək, hökmlər verməsi doğru deyildir. Allah daha doğru bilir.