Əsli sələfi olmayan sələfi sayılırmı?

Sual: 
Əs sələmu aleykum. Əsli sələfi olmayan insan əhli sünnə adlanırmı? Və ya özünə sələfi deyir lakin əməllərində sələfə deyil daha çox bidət əhlinə oxşayır. Bu adama sələf demək olarmı?
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətu. Əsli sələfi olmayan Əhli-Sünnə adlanmır. Özünə sələfi deyib bidət əhlinə oxşamaq isə çox təhlükəli bir işdir və ola bilsin ki, həqiqətən də bidətçidir. Uca Allah Qiyamət günü bu dünyada saleh, sağlam əqidəli və mənhəcli insanlarla, Peyğəmbərlərin (ona Allahın salavatı və salamı olsun) yolunda olan insanlarla dostluq etmədiyinə görə insanın özünü qınaması və peşmançılığı barədə xəbər verərək deyir ki, Qiyamət günü həmin insan deyəcək: "Vay halıma! Kaş ki, filankəsləri özümə dost tutmayaydım. Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır". (əl-Furqan, 27-28).

Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: "Kişi dostunun dinindədir, sizdən hər biri kiminlə dostluq etdiyinə baxsın". (Əhməd, 8015. Şeyx əl-Albani "Mişkətul-Məsabih"də (5019) həsən li-ğeyrihi olduğunu bildirmişdir).

Sələflərimiz bidət əhli ilə oturub-duranı onlardan hesab edərdilər. Sufyan əs-Sovri (Allah ona rəhm etsin) Bəsrəyə daxil olur. Rabi ibn Subeyhə və onun insanlar yanındakı məqamına baxmağa başlayır. Onun məzhəbi barədə soruşur və deyirlər ki, "Əlhi Sünnə məzhəbidir". Sufyan əs-Sovri deyir: "Ətrafı kimdir?!" Deyirlər ki, "Qədərilər". Deyir: "O, qədəridir!" (əl-İbənə, 2/453). 

Həmçinin, bidət əhlinə və ümumiyyətlə bütün müxaliflərə - onların əqidələrində, mənhəclərində, bidətlərində və sair işlərdə oxşamaq haramdır. İbn Ömər rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurur: "Kim özünü hər hansı bir qövmə bənzədərsə, o da onlardandır". (Əbu Dəvud, 4033. Şeyx əl-Albani həsən səhih olduğunu bildirmişdir).