"Küfr edən şəxs ad olaraq kafir adlanır, amma Axirətdə hökmü Allaha aiddir"- şübhəsi

Sual: 
Uca Allah buyurur: "Əgər müşriklәrdәn biri səndən aman diləse, ona aman ver ki, Allahın sözünü eşitsin". (ət-Tövbә, 6) Şeyx Abdul-Aziz ət-Tarifi bu ayәnin tәfsirindә demişdir: "Həmin şəxs Allahın kəlamını eşitməmişdən öncə Uca Allah onu müşrik adlandırmışdır. Bu şəxs zahirdə kafirlərin əməllərini etməklə onlara bənzəmişdir. Bununla belə, həmin şəxsin daxildə olan işi Allaha aiddir. Alimlər qatında bu məsələ “adlar və əhkamlar mövzusu” adlanır. Həmin şəxs zahirdə kafirlərə bənzəmiş, bu səbəbdən zahirdə onların adına layiq olmuşdur. Əhkamlar yönündən isə, həmin şəxsin işi Allaha aiddir. Əhkamlar dünya və axirət ilə əlaqəlidir. Məlumdur ki, adların dünya və axirətdə iki məsələ ilə bağlılığı var. Bu səbəbdən, zahirdə küfr əməllərindən hər hansı bir şeyə düşən şəxs ad olaraq kafir olur, lakin onun üzərindən hüccət qalxmamış hökm olaraq kafir olmur". (Şərhu Kitəb Mufidul-Mustəfid fi Kufri Tərikit-Təuhid, səh. 2).
Cavab: 

Bu cür ayələrin demək olar ki, hamısında əsli müşrik olub heç vaxt İslama daxil olmayanlardan bəhs olunur. Əsli müşriklər isə istər onlara hüccət çatsın və ya çatmasın, istər bilən olsunlar və ya istər olmasınlar - onlar hamısı müşrikdirlər. Buna şəkk yoxdur. Bizim üzrlüdür dediyimiz insanlar isə özünü İslama nisbət edib, bu şirk əməlləri cahiliyindən edən insanlardır. Əgər onlar şirk edər və hüccətdən sonra müşrik olarlarsa, bu ayənin hökmü altına girirlər. İbrət ləfzin xüsusiliyində yox, ümumiliyindədir. Allah daha yaxşı bilir. Yazdığınız Abdul-Aziz ət-Tarifi isə hizbidir və bu yaxınlarda dövlətə qarşı təkfir xarakterli danışıqlarına görə tutulmuşdur. Həmçinin, oxuyun:

"Allah Quranda müşrikləri cahil adlandırır, ona görə indiki cahillər də müşrikdir" şübhəsi

Tövhiddə cəhalətin üzr olması barədə Əhli-Sünnənin böyük alimlərinin bəzi sözlər

Mövzular: