"Cərh və Tədil elmi ölüb" deyənlərə cavab - Şeyx Raslan

English

Şeyx Raslən (Allah onu qorusun) buyurur: “Bəzi insanlar deyir ki, “cərh və tədil elmi artıq öz əhli ilə birlikdə qəbirdədir. Çünki, bu elm hədis raviləri və xəbərləri nəql edənlərlə bağlıdır. Ona görə də bu elm artıq ölüb və mövcud deyil”. Cərh və tədili bu cür inkar etmək - buludsuz gündə günəşi səmadan inkar etmək kimidir. Bidət əhlinə qarşı susmaq, onlara qarşı çıxanlara, onların halını bəyan edənlərə və onlardan çəkindirənlərə düşmən olmaq - şəriətin bidət əhlinə qarşı qoyduğu cəzanı aradan götürməkdir. Əhli-Sünnə vəl-Cəmaadan olan, bu elmlə (cərh və təadil elmi ilə) məşğul olan insanları inkar edən, bəyənməyən, onlara rədd verən kəslər – pis qövmdürlər. Onlar bir şeydən çəkindirirlər, lakin, özləri bunu edirlər. Bunu bir neçə yöndən bəyan edəcəyik:

  1. Onlar insaflı olmağa çağırırlar. Halbuki, onlar insafdan ən uzaq olanlardır. (Çünki, bidət əhlindən danışmamaq özü insafsızlıqdır). Deyirlər ki, “zülm etməyək”. Lakin, buna ən çox düşən insanlardır.
  2. Onlar Əhli-Sünnə vəl-Cəmaanı bu məsələdən çəkindirirlər. (Deyirlər ki, cərh etmək olmaz). Halbuki, onların özlərinin çəkindirməyi cərhdən başqa bir şey deyildir. Onlar öz qiyasları ilə pisliyi pislik ilə inkar edirlər. (Onlara görə bu mövzulardan danışmaq münkərdir. Bu mövzulardan danışanları da inkar edirlər. Bu da onların öz qaydalarına görə münkəri münkərlə inkar etməkdir).
  3. Onların özlərinin kitabları bu məsələrlə doludur. Qəribəsi budur ki, onlar gündəlik həyatlarında, alış-verişlərində bu elmdən (cərh və tədil) istifadə edirlər. Məsələn, deyirlər ki, “filankəsdən alma, filankəslə oturma, filankəsin yanına getmə”- bu cərh etdi. “Filankəs yaxşıdı, filankəsdən al”- bu tədil etdi. Çox təəssüf ki, bunu adi həyatlarında, alış-verişlərində istifadə edirlər, amma dinlərində bunu tətbiq etməyə səhlənkarlıq edirlər. (Deyirlər ki, zülm etmək olmaz, insaflı olmaq lazımdır. Halbuki, özləri ən çox zülm edənlərdir).

Alimlərimiz elmin kimdən alındığına baxmağın vacib olduğunu demişlər.

Muhəmməd ibn Sirin (Allah ona rəhm etsin) buyurur: “Bu elm sizin dininizdir. Dininizi kimdən aldığınıza baxın”.

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Bu ümmətdən məqsəd budur ki, - Allah həmd olsun – batil kəlamları başa düşən və onları rədd edənlər var”. (Məcmuul-Fətava, 9/ 233). (Yəni, Uca Allah bu ümmətdə bu cür məsələləri başa düşən alimlər gətirib və bu alimlər sələfləri bidət əhlindən ayırıblar).

İbn Rəcəb (Allah ona rəhm etsin) buyurur: “Zəif kəlamları inkar etmək, haqqa xilaf olan şeyləri şəri qaydalarla bəyan etmək - alimlərin inkar etdikləri şeylər deyil. Əksinə, sevdiyi şeylərdir. Onu edəni sevir, ona təriflər deyir və ona səna edirlər. Bu söhbətləri etmək qeybətlə əlaqəli deyildir”.

Çox qəribədir ki, bu cərhlər və rədlər bəzi insanların fikirlərinə ziddir. Halbuki, bu cür etmək yaxşı əxlaqdan deyil. Əksinə, müsəlmana haqqın zahir olmağını sevməsi vacibdir ki, digər müsəlmanlar bunu bilsin. İstər onun ziddinə, istər xeyrinə olsun - bunu bəyan eləməsi lazımdır. Bu Allahın Kitabı, Onun Rəsulu (salləllahu aleyhi və səlləm), dini və ümumən müsəlmanlar üçün nəsihət olan bir şeydir. Bu, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bizə öyrətdiyi o dindir”. (Şeyx Raslən “Davabit-Təbdi” kitabının əvvəli).

Şeyx Said Raslən (Allah onu qorusun)  buyurur: “İbn əl-Cəuzi demişdir: “İmam Əbu Abdullan Əhməd ibn Hənbəl sünnədən bərk tutduğuna və bidəti qadağan etdiyinə görə, hətta xeyir əhli haqqında belə, onlardan sünnəyə müxalif bir şey gördükdə danışardı. Onun bu sözü dinin “nəsihət” olmasına əsaslanır. Hər bir müxalifə qınanan müxalifliyinə görə rəddiyyə vermək Əhli-Sünnə vəl-Cəmaaya görə (muqarrar) qərar edilmiş üsuldandır. Onlar istər Əhli-Sünnə vəl-Cəmaadan olsun, istərsə də qeyrisindən olam hər bir müxalifə rəddiyyə verirlər”.("Dəvabit-Təbdi” kitabı).

Şeyx Muhəmməd Əmən əl-Cəmi (Allah onu qorusun) demişdir: “Cərh və tədil alimlərinin varlığı Allahın bir lütfüdür. Onlar Allahın dinini qorumaq üçün mövcuddurlar”. (Həməviyyə şərhi , 29).

Şeyx Rabi ibn Hədi (Allah onu qorusun) deyir: “Kim olur-olsun, biz heç bir kəsin fikirlərinə müqəddəslik vermirik. Xəta varsa, rədd olunmalıdır. İstər sələfi olsun, istər qeyri-sələfi”. (Məcmuu Fətava, 15/ 32).

Şeyx əl-Albani (Allah ona rəhm etsin) deyir: “Dəlil hara getsə, biz də onunla gedir, heç bir kəsə təəssübkeşlik etmir və haqdan başqa heç kəsə tərəf əyilmirik, yönəlmirik”. (Təvəssül Ənvəuhu və Əhkəmuhu, 48).

Şeyx Fovzana (Allah onu qorusun) sual verilir: “Allah sizi muhafizə etsin! Bidət əhlinə rəddiyyə vermək Peyğəmbərin (alləllahu aleyhi və səlləmin) yoludurmu, yoxsa insanların arasında təfriqə istəyənlərin icad etdiyi bir şeydirmi?” O cavab verir: "Qardaşım, Quranı bir oxu! Quranda yəhudilərə, muşriklərə, munafiqlərə və xəta edənlərə nə qədər rəddiyyələr var! Quranın özündə Allah bir cox ayələrdə bunlara rəddiyyə etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) hədislərdə rəddiyyə etmişdir. Hətta, Sələfi alimləri rəddiyyə ediblər. Muxaliflərə rəddiyyə etmək vacibdir. Bu İslam və musəlmanlara nəsihətdir. Xəta etdiyində susmamalıyıq. “Bu filankəs camaatı bölür” deyib, insanlara xoş görünmək bizim işimiz deyil. Haqqı demək nə zaman təfriqə bölünmək olub? Başını burax bunların qoy ayrılsınlar, hətta uzaglaşsınlar. Mömin isə haqqla fərəh sevinc duyar. Xətası üzünə deyildiyində sevinər və xətasından dönər”.