Cahilləri nəyə görə təkfir etmək olmaz?

Sual: 
salam aleykum. cahilleri tekfir etmek niye qadagandir?
Cavab: 

Aleykum assalam. Cahillər 2 cürdür. Özünə müsəlman deyən və özünə müsəlman deməyən (Məs., ateist, xristian, yəhudi və s. deyən). Səhih görüşə görə hər iki növ cahillərə haqq çatmadığı üçün Qiyamət günü xüsusi imtahan olunacaqlar. Amma özünə müsəlman deyən cahillə digər cahilərdən fərqli olaraq müsəlman müamiləsi edilməlidir. Bu Quran ayələri və səhih hədislərdə bildirilmişdir. Məsələn, Uca Allah buyurur: "Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: "Sən mömin deyilsən!" - deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!" (Nisa, 94)
Bu ayə düşmənlər üzərinə hücuma gedən səhabələr yolda rast gəldikləri çobanı öldürdükdən sonra nazil olmuşdur. Həmin çoban onlara salam vermiş və müsəlman olduğunu demişdi. Səhabələr isə onun qorxusundan belə dediyini zənn edərək onu öldürmüşdülər. Daha ətraflı: Cahilliyin üzrlü olması

Mövzular: