namaz qılmayanın hökmü

Namaz qılmayana cənazə namazı qılmaq haqda - İbn Teymiyyə

Sual: Namaz qılmayan insana cənazə namazı qılmağın savabı var, yoxsa yox? Onun namaz qılmadığını bildiyi üçün cənazə namazını tərk edənə günah varmı? Eləcə də şərab içən və namaz qılmayan kimsənin halını bilənin ona cənazə namazı qılması icazəlidirmi?

English

Cəhənnəmdən son çıxan haqda

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) camaat soruşdu: “Ey Allahın elçisi! Qi­yamət günü Rəbbimizi görə biləcəyikmi?” (Peyğəmbər salləllahu aleyhi və səlləm) dedi: “Məgər siz bu­ludla örtülməmiş on dörd ge­cəlik ayı (görəcəyinizə) şübhə edirsiniz?” On­lar: “Xeyr, ey Allahın elçisi!”– deyə cavab verdilər. (Peyğəmbər salləllahu aleyhi və səlləm) dedi: “Mə­gər siz buludla örtülməmiş günəşi (görəcəyini­zə) şübhə edirsiniz?” Onlar: “Xeyr!”– dedilər. (Peyğəmbər salləllahu aleyhi və səlləm) buyurdu: “Rəbbi­nizi də beləcə görə­cəksiniz.

English

Namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşməliyik?

Əhli-Sünnə vəl-Camaatın əksər alimləri (cumhur alimlər) namazın vacibliyini inkar etmədən səhlənkarlıqdan tərk edənin kafir olmadığını demişlər. Burada belə bir sual ortaya çıxır: Əgər təmbəlliyindən dolayı namaz qılmayan kafir deyilsə, onda namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşək? Namaz qılmayanı kafir saymayan alimlər bu hədislərin belə deyilməsinin hikmətlərini açıqlamaqdan əvvəl  hədislərdə kecən kafir kəlmələrini doğru düzgün başa düşmək üçün küfrün (kafirin) iki növünün olduğunu bildirmişlər. Küfr (Kafirlik) iki yerə bölünür.
    English

    Pages