dəlillər

“Məni yandırın” hədisi

Huzeyfə (Allah razı olsun) demişdir: “Mən Allah Elçisinin (ona Allahın salavat və salamı olsun) belə dediyini eşitdim: “Bir adamın ölüm vaxtı gəlib çatmışdı. Adamın artıq yaşamaqdan ümidi kəsildikdə ailəsinə (belə bir) vəsiyyət etdi: “Mən öl­dükdən sonra çoxlu odun yığıb od qalayarsınız, (sonra da məni bu odda yandırarsınız). Elə ki od mənim ətimi yandırıb sümüyümə çatdı və sümü­yü­mü yandırıb-yaxdı, onları götürün və ovxalayıb toza döndərin, sonra küləkli bir günü gözləyin və həmin tozu dənizə sovurun”. Onlar onun vəsiyyətini yerinə yetir­dilər.
English

“Zətu Ənvat” hədisi

Əbu Vaqid əl-Leysi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz o vaxtlar İslamı yenicə qəbul etmişdik və küfrdən yenicə çıxmışdıq. Müşriklərin üstündən silahlarını asdıqları böyük bir Sidr ağacı var idi. Onun ətrafında yığışaraq öz adət ənənələrini yerinə yetirir və o ağacı “Zətu Ənvat” deyə çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: “Ey Allahın Peyğəmbəri! Onların “Zətu Ənvat” olduğu kimi bizim üçün də “Zətu Ənvat” düzəlt”- dedik.
English

Pages