335 oxunma
English
Onuncu sual
“Sələf mənhəcində olan adam nə zaman sələf mənhəcindən çıxır və nə zəman onun sələf olmaması barədə hökm verilir?”
Cavab
“Bu məsələni elm əhli artıq bəyan edib, kitablarında və nəsihətlərində göstərmişlər. Bu onların mənhəcindəndir. Adam Əhli Sünnənin üsul qaydalarına, əsaslarına müxalif olarsa, ona hüccət çatarsa, lakin təkəbbürlük edib dönməzsə, artıq sələfilikdən çıxır. Həmçinin fiqh məsələlərində də bu cürdür. Əgər hansısa bir fiqhi məsələdə dində bir məsələyə müxalif olsa, bu fiqhi məsələdə dostluq və düşmənçilik etsə, sələfilikdən çıxır.
Allah sizə bərəkət versin və sizi xeyirlə mükafatlandırsın! Allahın salamı, salavatı və bərəkəti Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun! Allah bizi və sizi hidayətə yönəldənlərdən, əməlisalehlərdən və islah edənlərdən etsin!