Şeyx Fovzana (Allah onu qorusun) belə bir sual verirlər: “Müxalif mənhəclərdən və müxalif mənhəclərin dəvətçilərindən çəkindirmək müsəlmanları parçalamaqdan, onların səflərini bölməkdən sayılırmı?”
Şeyx Fovzan (Allah onu qorusun) cavab verərək buyurur: “Sələf mənhəcinə müxalif olan mənhəclərin hamısından çəkindirmək, müsəlmanların sözlərini cəm eləmək sayılır və onların səflərini parçalamaq hesab olunmur. Çünki, müsəlmanların səflərini parçalayan şey sələf mənhəcinə müxalif olan mənhəclərdir”. (“Yeni Mənhəclərə Dair Faydalı Cavablar, sual 57, səh. 148).
Həmçinin Şeyx Fovzana (Allah onu qorusun) belə də sual verilir: "İstər dostluq və düşmənçilik məsələsində olsun, istərsə də əmr sahiblərinə - əməlisaleh və ya günahkar - qulaq asıb itaət etmək məsələsində olsun, digər məsələlərdə müvafiq olsa da, bu məslələrdə "Nicat Tapmış Firqə" (Firqatun-Nəciyə), "Kömək Olunmuş Tayfaya" (Taifətul-Mənsura) müxalif olan sələf mənhəcindən çıxırmı?"
Şeyx Fovzan (Allah onu qorusun) cavab verərək buyurur: “Bəli! Kimsə bir şeydə onlara müxalif olub, digər şeylərdə onlara müvafiq olarsa, müxalif olduğu şeydə onlardan sayılmasa da, müvafiq olan şeylərdə onlardan sayılır. O, böyük bir təhlükə uzərindədir. O: “Hamısı Cəhənnəmdə olacaq”- hədəsinə daxil olur. (“...Bunların birindən başqa hamısı Cəhənnəmdə olacaq” ət-Tirmizi, 2641, 2853). Bu müxalifliyi səbəbi ilə - əqidə məsələlərinin birində olsa belə - insan oda daxil ola bilər, çünki Allah Elçisi demişdir: “Hamısı Cəhənnəmdə olacaq” sözü o demək deyil ki, "onlar kafirdirlər və orada əbədi qalacaqlar". Onlar orada müxalifliklərinin miqdarına görə Cəhənnəmdə qalacaqlar. Çünki, müxaliflik bəzən dindən çıxaran olur, bəzən də dindən çıxarmayan olur". (Yeni Mənhəclər Barədə Suallara Faydalı Cavablar, 42-ci sual. səh.128).
Həmçinin Şeyx Fovzan (Allah onu qorusun) deyir: "Yaxşı, bəs əmr sahibinin (rəhbərin) açıq-aydın küfr etməsinə kim hökm verir? Onlar alimlərdir, çünki hal-hazırki zamanda özünü elmli göstərən insanlar var ki, bəzi şeylərin açıq-aydın küfr olduğuna hökm verirlər. Küfr həddinə çatmayan məsələlərlə əmr sahiblərini təkfir edirlər. Onlar müsalmanları və insanları tək-tək təkfir etdikləri kimi, yalnız asilik və bəzi şəriətə müxalif olan şeylərlə əmr sahiblərini (rəhbərləri) də təkfir edirlər. Lakin əmr sahibini təkfir etmək daha təhlükəlidir. Çünki əmr sahibini təkfir etməyin zərəri ümumi olaraq bütün müsəlmanlara qayıdır. Lakin insanlardan tək bir şəxsi təkfir etməyin zərəri isə fərdlərə qayıdır.
Bu zaman kəlmələrin cəm olunması tələb olunur, saflar birləşdirilir, xətalar düzəldilir və qarşılıqlı nəsihət edilir. Elm tələbələrinə Pak və Müqəddəs olan Uca Allahdan qorxmaları və məsələləri öz layiq olduğu yerlərlərinə qoymaları vacibdir. Onların dini sevmələri və istəkləri çox olsa belə səlahiyyəti olmadığı və əhli olmadıqları məsələrə daxil olmamalıdırlar. Biz onların dini sevmələrinə gorə, hərisliklərinə və dinlərinə görə fərəhlənirik. Lakin onlara vacib olan elm və bəsirət əhlinə qayıtmalarıdır. Məsələləri elm və bəsirət əhlindən aşağı olanla bitirməməlidirlər. O kəslər ki, məsələləri hikmət və elmlə ölçür və qərar verirlər, onlar öz alimləri ilə daimi əlaqədə olanlardır. Alimlər də, peyğəmbərlərin varisləridir. Necə ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir:
“Həqiqətən alimlər peyğəmbərlərin varisləridir”. Əbu Davud, 3641.
Onlar peyğəmbərlərin elmini daşıyır və onu insanlara yayırlar. Onlar ümmət üçün Allahın Kitabı və Onun Elçisinin - sallallahu aleyhi və səlləm - sünnəsindən sonra özlərinə qayıdılan kimsələrdir. Allahın kitabına və Onun Rəsulunun sünnəsinə qayıtmaq - tələb olunan əmrdir. Lakin qayıtmaq hər kəsdə gözəl şəkildə olmur. Elm əhli olmadan Allahın kitabına və Onun Rasulunun sünnəsinə qayıtmaq gözəl şəkildə olmur.
“Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər (müsəlmanlar) bunu, Peyğəmbərə və ya özlərindən (möminlərdən) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını təyin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, şeytana uyardınız”. (ən-Nisa, 83).
Məhz, tələb olunan da budur. Allah daha yaxşı bilir.
Allahın salamı və xeyir-duası peyğəmbərimiz Muhəmmədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun.
(Mənhəc Əimməti Dəvəti fi Məsəilit-Təkfiri vəl-Xuruc, səh. 26-27)