Əhli Sünnədən olan xəta etdikdə, ona yalnız nəsihət olunmalıdır?

English

Şübhə olaraq deyirlər ki, Əhli Sünnədən olan xəta etdikdə, ona yalnız nəsihət olunmalıdır.

Şübhəyə cavab: 

Bu sözün xətadır. Belə ki, Əhli Sünnədən olanın fiqh və əqidədə etdiyi xətalara baxış eyni deyil. Fiqhdə xəta etdikdə ona nəsihət olunur və onun gətirdiyi rəy dəlillər vasitəsilə ona bildirilir. Bu da onun Əhli Sünnədə qalmasına maneə deyil və bu rəyi ilə də Əhli Sünnədən sayılır. Əqidə məsələsində isə xəta etdikdə ona səhv fikirləri bəyan edilir və bu fikrindən dönməsinə çağırılır. Batil fikrindən dönməsə çəkindirilir. Bunun da faydası olmasa təbdi (bidətçi) elan edilir. Diqqət etmək lazımdır ki, əqidə məsələsində səhv fikir üzərində israr edənə bu məsələlər izah edilməlidir.

Bu barədə Şeyx Fovzan (Allah onu qorusun) buyurur: "Əgər rədd olunan kəs Əhli-Sünnə vəl-Cəməadandırsa, ona olan rəddiyyə ədəblə olmalıdır. Fiqh, istinbat və ictihad məsələlərindəki xətaları diqqətə çatdırılmalıdır. Belə halda deyirik ki, "filankəs bu məsələdə xəta edib", doğru olan isə budur, dəlil də budur, Allah onu bağışlasın. Dörd məzhəb arasındakı rəddiyyələr kimi bu da onun ictihadıdır. Əgər o kəs Əhli-Sünnə vəl-Cəməadandırsa, bu rəddiyyə onun elmi məkanını aşağı salmır. Əhli-Sünnə vəl-Cəməa məsum deyillər. Onlarda da xətalar olur. Ola bilsin kiməsə dəlil çatmasın və ya dəlilə əsaslanmada xətaya yol versin. Belə olduqda onun xətasına susmuruq. Ona üzr gətirməklə yanaşı, xətasını bəyan edirik. Bu hədisə görə "Hakim ictihad edər və haqqa isabət edərsə ona iki, xəta edərsə bir əcr vardır". (əl-Buxari, 7532). Bunlar fiqhi məsələlərdədir. 

Amma xəta əqidə məsələlərində olarsa, insanları azdıranları və Əhli-Sünnə vəl-Cəməaya müxalif olanları tərifləmək bizə icazəli deyildir; mötəzilələr, cəhmilər, zındıqlar, mulhidlər və bu əsrdəki şəkk və şübhə əhlindən olan insanlar kimiləri. Bunlar da nə çoxdur". (Şeyxin "Əcvibə Mufidə" kitabı, səh. 53-dən sonra, 19 saylı sualın cavabı).
Həmçinin oxuyun: